Xəbərlər

ISO 9001:2015. Daxili auditin keçirilməsi (ISO 19011 əsasında) mövzusunda növbəti təlimimiz keçirilib

16-17 iyun 2021-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “ISO 9001:2015 - Daxili audit” mövzusunda növbəti təlim keçirilib. Təlimdə “AzRose” MMC, “Fominov Consulting” MMC, “INKOR” MMC və “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 və ISO 19011:2018 beynəlxalq standartlarının auditlə bağlı tələbləri, auditin tətbiq sahəsi, prinsipləri, audit proqramının məqsədləri, audit proqramı ilə bağlı risklər, audit proqramının idarə edilməsi, audit proqramının monitorinqi, auditin planlaşdırılması, audit qrupunda iş bölgüsü, auditin keçirilməsi, məlumatların toplanılması və yoxlanılması, audit tapıntılarının formalaşdırılması, sənədləşdirilmiş informasiyanın təhlili, auditorların səriştəliliyinin qiymətləndirilməsi, audit üzrə hesabatın hazırlanması, xüsusilə də auditin təşkilatın idarəetmə və daxili nəzarət sistemindəki rolu və risklərin effektiv idarə edilməsinə qatdığı dəyər barədə geniş məlumat verilib və müzakirələr aparılıb, həmçinin qeyd olunan mövzular üzrə qrup çalışmaları yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Bilik və təcrübəyə yönəlik, peşəkar təlimçimiz tərəfindən tədris olunan təlim prosesimizin iştirakçılarımız üçün faydalı olacağına ümid edir və inanırıq ki, dəyərli iştirakçılarımız təlimdən əldə etdikləri nəzəri və praktiki biliklərini gələcəkdə daha da artıraraq öz fəaliyyətlərində uğurla tətbiq edəcəklər.