Xəbərlər

ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda təlim keçirilib

23-24 iyun 2021-ci il tarixlərində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda növbəti təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, INCERT və CLİMASERVİCE şirkətlərinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib. Təlimdə mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, eləcə də ISO 9001:2015 standartının tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Bilik və təcrübəyə yönəlik, peşəkar təlimçimiz tərəfindən tədris olunan təlim prosesimizin iştirakçılarımız üçün faydalı olacağına ümid edir və inanırıq ki, dəyərli iştirakçılarımız təlimdən əldə etdikləri nəzəri və praktiki biliklərini gələcəkdə daha da artıraraq öz fəaliyyətlərində uğurla tətbiq edəcəklər.