Xəbərlər

ISO 9001:2015 standartı üzrə təlim keçirilib

3-4 may 2021-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2015 standartı üzrə növbəti təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Kənd Kəsərrüfatı Nazirliyinin, “Aqrar tədarük və təchizat” ASC-nin, “İnfracon” MMC-nın və “GM” Construction şirkətinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib. Təlimdə mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, eləcə də ISO 9001:2015 standartının tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.