Xəbərlər

“ISO/IEC 17025:2017 beynəlxalq standartı üzrə növbəti təlim keçirilib

24-25 iyun 2022-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçirilib. Təlimdə “AzərEnerji” ASC, “AzInTelecom” MMC və “Katri” MMC-nin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO/IEC 17025 beynəlxalq standartının yeni 2017-ci il versiyası, standartın əvvəlki və yeni versiyaları arasındakı fərqlər, ISO/IEC 17025:2017 standartının strukturu, risk və imkanlar, metodların seçilməsi, verifikasiya və validasiya, nümunələrin seçilməsi və ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi, nəticələrin etibarlılığının təmin edilməsi və hesabatın təqdim edilməsi, daxili audit, düzəldici fəaliyyətlər və rəhbərlik tərəfindən təhlilin aparılması barədə ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib

Tərəfdaşlar