Xəbərlər

Xəbərlər

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi (KAİB) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair görüş keçirilib.

Görüşdə KAİB-in sədri Samir Novruzlu və ASK-dən Sahibkarlarla iş və Kommunikasiya şöbəsinin müdiri, eyni zamanda Baş katibin müavini Nərmin Qəniyeva, Sahibkarlarla iş və Kommunikasiya şöbəsinin Baş mütəxəssisi Nurlana Həsənova, eləcə də Sahibkarlarla iş və Kommunikasiya söbəsinin mütəxəssisi Gülgün İsayeva iştirak ediblər.
Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, ASK-ya üzvlük, ASK-nin fəaliyyətində KAİB-in iştirakı, sahibkarların maarifləndirilməsi və inkişafı iqtiqamətində proqram - vəsaitlərin hazırlanması, təlim və birgə tədbirlərin təşkili və keçirilməsi, eləcə də digər prioritetlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Onlayn formatında keçirilən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.