Xəbərlər

Xəbərlər

Fevral ayının 8-i 2020-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Asosiasiyanın sədri Samir Novruzlu üvzləri salamlayaraq bu toplantının əhəmiyyətindən, həyata keçirilən layihələrdən dövlət qurumları ilə Asosiasiyanın əməkdaşlığından danışıb.

O bildirib ki, 2018-2019-cu illərdə Keyfiyyət Assosiasiyası İctimai Birliyi Strateji Yol Xəritələrinin Hazırlanması prosesinə cəlb edilmiş, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya, akkreditasiya, sertifikatlaşdırma kimi istiqamətlər, həmçinin ölkədə keyfiyyət infrastrukturunun mövcud vəziyyətinin təhlili, təkmilləşdirmə və yaxşılaşdırma üzrə təklif və tövsiyələrlə çıxış etmişdir.

Assosiasiya eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA)/Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən yaradılmış Kodeks Alimentarius Komissiyasına üzv seçilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlaqələndirilən 3 komissiyada təmsil olunmuşdur.

Görüşdə Assosiasiyanın 2019-cü ildəki fəaliyyəti ilə bağlı hesabat xarakterli məruzə dinlənilib, eləcə də 2020-ci il üçün qarşıda duran vəzifələrdən danışılıb.

Səmimi ab-havada keçən görüşdə Assosiasiyanın fəaliyyəti ilə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.