Xəbərlər

“Keyfiyyətə nəzarət prosesi” üzrə növbəti korporativ təlim keçirilib

29-30 iyun 2022-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Laboratoriya Mərkəzində “Keyfiyyətə nəzarət prosesi” üzrə təlim keçirilib. Təlimdə Laboratoriya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.

Təlim müddətində iştirakçılara keyfiyyət, keyfiyyətə təsir edən amillər, keyfiyyətə nəzarət, keyfiyyətə nəzarətin idarəetmə strukturundakı yeri və rolu, onun məqsədi, vəzifələri, tətbiq sahəsi, digər proseslərlə qarşılıqlı əlaqəsi barədə ətraflı məlumat verilib, eyni zamnda keyfiyyətə nəzarət prosesinin idarə edilməsi, keyfiyyətə nəzarətin həyata keçirilmə ardıcıllığı, keyfiyyətə nəzarət üçün tələb olunan sənədlər, hesabatların hazırlanması prosesi və qaydası praktiki nümunələrlə izah edilib, eləcə də qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar