“Mesa Academy” MMC-də ISO 9001 və ISO 29993 beynəlxalq standartları üzrə daxili audit keçirilib
27 iyul 2023-cü il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən “Mesa Academy” MMC-də ISO 9001 və ISO 29993 beynəlxalq standartları üzrə daxili audit keçirilib. Audit zamanı tədris müəssisəsinin adı keçən standartların tələblərinə uyğunluğu və adekvatlığı, həmçinin daxili qayda və prosedurlar, onların tətbiqi, sənədlərin idarə olunması ilə bağlı vəziyyət yoxlanılıb. Audit yoxlaması “Mesa Academy” MMC-nin yuxarıda qeyd olunan standartların tələblərinə tam cavab verdiyini təsdiqləyib.
Qeyd edək ki, ISO 9001 Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ən populyar standartı olaraq keyfiyyətli idarəetmə sisteminə tələbləri müəyyən edir. IS0 9001 standartı müəssisə və təşkilatlar tərəfindən idarəetmə sisteminin effektivliyini artırmaq və müştəri məmnunluğuna nail olmaq üçün tətbiq edilir.
ISO 29993 standartı isə formal təhsildən kənar öyrənmə xidmətləri üçün tələbləri müəyyən edən qlobal keyfiyyət standartıdır. Bu standart keyfiyyətli təhsilin həyata keçirilməsi üçün minimum beynəlxalq tələblərin təmin edilməsi yolu ilə bazarda şəffaflığı və inamı artırmaq məqsədilə hazırlanıb.