Xəbərlər

METAK şirkərində “Keyfiyyətə nəzarət prosesi” üzrə  məlumatlandırma təlimi keçirilib

25 may 2022-ci il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən METAK şirkətində “Keyfiyyətə nəzarət prosesi” üzrə məlumatlandırma təlimi keçirilib. Təlimdə şirkətin struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Təlim zamanı iştirakçılara keyfiyyət, keyfiyyətə təsir edən amillər, keyfiyyətə nəzarət, keyfiyyətə nəzarətin idarəetmə strukturundakı yeri və rolu, onun məqsədi, vəzifələri, tətbiq sahəsi, digər proseslərlə qarşılıqlı əlaqəsi, keyfiyyətə nəzarət prosesinin idarə edilməsi, keyfiyyətə nəzarətin həyata keçirilmə ardıcıllığı, keyfiyyətə nəzarət üçün tələb olunan sənədlər kimi mövzular tədris edilib və bununla bağlı tövsiyələr verilib.

Qeyd edək ki, METAK şirkəti tikinti, obyektlərin su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan . plastik və polad boruların, profillərin, boru birləşmələrinin istehsalı və satışı ilə də məşgul olan ölkəmizin ən qabaqcıl müəssisələrindən biridir. Yuxarıda sadalanan fəaliyyətlərlə yanaşı METAK şirkəti Azərbaycan Respublikası ərazisində yüklərin daşınması üzrə nəqliyyat xidmətləri, metalların kimyəvi analizi üzrə xidmət, plastik boruların montajı və tikinti işləri üzrə xidmətlər göstərir.

Tərəfdaşlar