Xəbərlər

Xəbərlər

COVID-19-un yayılması səbəbindən IAF-ın 18.02.2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş “ISO 22000:2018-ə keçid planında dəyişiklik edilmiş və keçid müddəti 6 ay uzadılmışdır. ISO 22000:2018 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi beynəlxalq standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən yenidən işlənmiş və 2018-ci ilin iyun ayında nəşr edilmişdir. Keçid üçün 3 illik müddət nəzərdə tutulmuş və son tarix 29.06.2021-ci il olaraq təyin edilmişdir.

Lakin daha sonra COVID-19 pandemiyasının yayılması səbəbindən IAF tərəfindən verilən qərarla keçid üçün son tarix 6 ay uzadıldı və 29.12.2021-ci il olaraq təyin edildi. Bu tarixdən sonra ISO 22000 beynəlxalq standartının 2005-ci il versiyası qüvvədən düşmüş sayılacaqdır.

IAF tərəfindən ISO 22000:2018-ə keçid prosesi aşağıdakı kimi müəyyənləşdirilmişdir:

a) İlk dəfə müraciət edən qurumlar

29.06.2019-cu il tarixindən etibarən ISO 22000:2018 standartlarına əsasən ilk sertifikatlaşdırma yoxlamaları aparılacaqdır.

ISO 22000: 2005 standartlarına uyğun olaraq edilən ilk sertifikat müraciətləri 28.06.2021-ci il tarixinə qədər qəbul ediləcək və yalnız ISO 22000:2018 standartına uyğun olaraq ilk sertifikat müraciətləri 29.06.2021-ci il tarixindən etibarən qəbul ediləcək.

b) Sertifikatlaşdırılmış təşkilatlar

ISO 22000:2005 standartlarına uyğun sertifikat almış bütün təşkilatlar mövcud idarəetmə sistemlərini yeni versiyaya uyğunlaşdırdıqdan sonra aparılacaq audit və təkrar sertifikatlaşdırma auditlərini keçməlidirlər. Əgər keçid nəzarət auditi yolu ilə həyata keçirilərsə, nəzarət auditinin müddəti yenidən sertifikatlaşdırma auditinin vaxtı kimi tətbiq ediləcəkdir. 29.06.2021-ci il tarixindən etibarən nəzarət və təkrar sertifikatlaşdırma auditləri yalnız ISO 22000:2018-ə uyğun olaraq aparılacaq və ISO 22000:2005 sertifikatları 30.12.2021-ci il tarixindən qüvvədən düşmüş sayılacaqdır.

Dəyişikliklərə adaptasiya olunmaq üçün tövsiyələr:

1) Yeni tələblərə uyğun olaraq təşkilat daxilindəki boşluqların müəyyən edilməsi və tamamilə aradan qaldırılması.

2) İcra planının hazırlanması.

3) Təşkilatın fəaliyyətinə təsir göstərən müvafiq şəxslərin təlim keçməsi və onların məlumatlılığının artırılması.

4) Effektivliyin təsdiqlənməsi və tələblərə uyğunluğun təmin edilməsi üçün mövcud idarəetmə sisteminin yenilənməsi.

5) Sertifikatların yeni standartlara uyğunluğunu təmin etmək üçün planın hazırlanması.