Xəbərlər

Xəbərlər

29-30 sentyabr 2020-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “Modenis” MMC-də ISO 9001:2015 beynəlxalq standartının tətbiqinə dair məsləhət layihəsi çərçivəsində şirkətin struktur bölmələrinin əməkdaşları üçün proseslərin idarə edilməsi üzrə təlim keçirilib.

Təlim zamanı iştirakçılara proses, prosesin növləri, proses yanaşması, proses kartları, prosesin giriş və çıxışı, proseslərin ardıcıllığı və qarşılıqlı əlaqəsi, proselərin idarə edilməsi üçün meyarlar və metodlar, proseslər üşün zəruri olan resurslar, proseslərin tətbiqi üçün müəyyən edilən məsuliyyət və səlahiyyətlər, risk və imkanlar, proseslərin qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə geniş müzakirələr aparılıb.

Təlimdə mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, eləcə də ISO 9001:2015 standartının tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.