Xəbərlər

“Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026”

2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbir keçirilib.

Tədbirdə 29 ali təhsil müəssisəsi, 36 ümumtəhsil və peşə təhsili müəssisəsi, eləcə də 24-dən çox şirkət və təşkilatdan 550-dən çox nümayəndə iştirak etdi. Tədbir maraqlı və məzmunlu çıxışlarla yadda qalıb
Forumda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov, TKTA-nın İdarə Heyətinin sədri cənab Tural Əhmədov, AzTU-nun rektoru, prof. Vilayət Vəliyev, ADNSU-nun rektoru cənab Rüfət Əzizov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru cənab Rauf Cabbarov çıxış ediblər.

Tədbir çərçivəsində keyfiyyəti idarəetmə, beynəlxalq standartların tətbiqi, innovativ yanaşmalar və davamlı inkişaf strategiyaları geniş müzakirə olunub. Çıxış edən spikerlər real təcrübələrini bölüşərək şirkətlərdə keyfiyyət mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar. İnteraktiv müzakirələr və sual-cavab sessiyası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir təhsillə sənaye arasında əlaqələrin gücləndirilməsi, beynəlxalq keyfiyyət standartlarına keçid və qlobal trendlərin müzakirəsinə həsr olunmuş üç panel iclası ilə davam edib. Hər üç panel iclas iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Forum “Süni intellektlə gücləndirilmiş təhsil: keyfiyyətin artırılması və dayanıqlı innovasiya” mövzusunda keçirilən vörkşopla davam edib. Vörkşop çərçivəsində süni intellekt texnologiyalarının tədris və keyfiyyət təminatı proseslərinə inteqrasiyası, rəqəmsal həllərin tətbiqi və innovativ yanaşmalar ətrafında praktiki müzakirələr aparılıb. İkinci panel iclası Keyfiyyət Assosiasiyası İB-nin təsisçisi Samir Novruzlunun moderatorluğu ilə keçirilib. Samir Novruzlu tədbirin dinamik və məhsuldar atmosferdə keçməsini təmin edib, fikir mübadiləsinə şərait yaradıb və əsas mesajların auditoriyaya aydın şəkildə çatdırılmasına imkan yaradıb.

Forum çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə Keyfiyyət Assosiasiyası arasında Anlaşma və Memorandumları imzalanıb.

Tərəfdaşlar