Xəbərlər

Xəbərlər

Keyfiyyət Assosiasiyası tərəfindən “Təmiz Şəhər” ASC -də ISO 14001:2015 standart üzrə təlim keçirilib. Təlimdə Səhmdar Cəmiyyətinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ISO 14001:2015 standartının tələbləri, ətraf mühiti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın ətraf mühit üzrə siyasəti, ətraf mühit üzrə məqsədlər, risk və imkanlar, təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər, ətraf mühiti idarəetmə sisteminin tətbiqi, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə geniş müzakirələr aparılıb, həmçinin mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub və ISO 14001:2015 standartının tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Xatırladaq ki, Keyfiyyət Assosiasiyası tərəfindən “Təmiz Şəhər” ASC-də eyni zamanda ISO 14001:2004 və ISO 18001:2007 beynəlxalq standartlarından yeni ISO 14001:2015 və ISO 45001:2018 standartlarına keçid üzrə məsləhət layihəsi həyata keçirilir.