Keyfiyyət tv

Qida sektorunun liderləri də Keyfiyyət Assosiasiyasını seçir

24 -25 dekabr 2021-ci il tarixlərində “Keyfiyyət Assosiasiyası” tərəfindən ölkəmizin qida sektorunda aparıcı distributor şirkətlərindən biri olan “Avrora Qrup”da “ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemi” üzrə təlim keçirilib.

Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları işirak ediblər.

Təlim zamanı iştirakçılara standartın maddələri, qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiq sahəsi, HACCP-ın 12 addımı, ilkin şərtlər proqramı, təhlükənin idarə edilməsi planı (HACCP/OPRP planı), verifikasiya və validasiya, geri çəkmə/geri çağırma, uyğunsuzluq və düzəldici fəaliyyət, davamlı yaxşılaşdırma və s. barədə ətraflı məlumat verilib, qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, “Avrora Qrup” bu gün qida sektorunda ölkəmizin aparıcı distributor şirkətlərindən biridir. “Avrora Qrup” 12000-dən çox ticarət nöqtəsində 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.

2001-ci ilə etibarən “Avrora Qrup” şirkəti fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksit fabriki, Un istehsalı fabriki mövcuddur. Hazırda qeyd olunan fabriklərdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər yerli brendlər istehsal olunur.