Təlimlər

ISO 22000:2018. "Qida təhlükəsizliyini idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər"

ISO 22000 qida təhlükəsizliy idarəetmə sistemlərinə tələblər müəyyən edən beynəlxalq standartdır. İlk dəfə 2005-ci ildə nəşr edilən bu standart ölçüsündən və fəaliyyət növündən asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisə və təşkilatlara tətbiq edilə bilər. Standartın əsas məqsədi qida təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Ölkəmizdə qida və kənd təsərrüfatı sektorunun inkişafı adı çəkilən beynəlxalq standartın yerli müəssisələrdə tətbiqinə təkan vermişdir. Nəticədə adı çəkilən standartın maddələrinin düzgün başa düşülməsi və mövcud idarəetmə sisteminə tətbiq olunmasına ehtiyac yaranmışdır. Assosiasiya tərəfindən keçirilən ISO 22000:2018. "Qida təhlükəsizliyini idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər": "Giriş" təlimi adı çəkilən standartın tələblərinin düzgün başa düşülməsi və idarəetmə sisteminə tətbiq edilməsi üçün iştirakçıları zəruri bilik və məlumatlarla təmin edir.

Image description
Sertifikatını yoxla









350
Təlim broşuru

Təlimin məqsədi:
İştirakçılara ISO 22000 beynəlxalq standartının tələblərini şərh etmək və düzgün tətbiqi ilə bağlı zəruri bilik və məlumatlarla təmin etmək

Təlimin müddəti:
2 gün / 14 saat

İştirakçılar:

  • Qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiq olunduğu şirkətin rəhbər işçiləri;
  • Qida mühəndislər və və qida təhlüksəziliyi üzrə mütəxəssislər;
  • Keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
  • Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:

  • ISO 22000:2018 standartı haqqında ümumi məlumat
  • ISO 22000 standartının tələblərinin düzgün başa düşmək
  • Standartın tələblərinə əsasən qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi üçün zəruri bilik və məlumatlar əldə etmək
  • Kritik nəzarət nöqtələrinin müəyyən edilməsi və onlara nəzarət edilməsi yollarını öyrənmək

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Standart (Azərbaycanca)
  • Qovluq
  • Bloknot və qələm
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Tətbiq sahəsi

Təşkilatın konteksti

  • Təşkilat və onun kontekstinin başa düşülməsi
  • Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi
  • Qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi
  • Qida təhlükəsizliyi idarəetmə sistemi

Liderlik

  • Liderlik və öhdəlik
  • Siyasət
  • Qida təhlükəsizliyi üzrə siyasətin işlənilməsi
  • Qida təhlükəsizliyi üzrə siyasətin bəyan edilməsi
  • Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər

Planlaşdırma

  • Risk və imkanlara yönəlik fəaliyyətlər
  • Qida təhlükəsizliyi idarəetmə sisteminin məqsədləri və onlara nail olmanın planlaşdırılması
  • Dəyişikliklərin planlaşdırılması

Dəstəkləmə

  • Resurslar
  • Ümumi müddəalar
  • İnsanlar
  • İnfrastruktur
  • İş mühiti
  • Qida təhlükəsizliyi idarəetmə sisteminin kənarda işlənilmiş elementləri
  • Kənardan tədarük edilən proses, məhsul və ya xidmətlərə nəzarət
  • Səriştəlilik
  • Məlumatlı olma
  • Əlaqə
  • Ümumi müddəalar
  • Xarici əlaqə
  • Daxili əlaqə
  • Sənədləşdirilmiş informasiya
  • Ümumi müddəalar
  • Yaratma və yeniləmə
  • Sənədləşdirilmiş informasiyanın idarə edilməsi

Fəaliyyət

  • Fəaliyyətin planlaşdırılması və idarə edilməsi
  • İlkin şərtlər proqramları (İŞP-lar)
  • İzlənə bilmə sistemi
  • Fövqəladə hallara hazırlıq və cavab tədbirləri
  • Ümumi müddəalar
  • Fövqəladə hal və hadisələrin idarə edilməsi
  • Təhlükənin idarə edilməsi
  • Təhlükə analizinin aparılması üçün ilkin addımlar
  • Təhlükə analizi
  • Nəzarət tədbirinin (tədbirlərinin) və nəzarət tədbirlərinin kombinasiyalarının validasiyası
  • Təhlükəyə nəzarət planı (HACCP/İŞƏP planı)
  • İŞP-ları və təhlükəyə nəzarət planını müəyyən edən informasiyanın yenilənməsi
  • Monitorinq və ölçmənin idarə edilməsi
  • İŞP-lar və təhlükəyə nəzarət planı ilə bağlı verifikasiya
  • Verifikasiya
  • Verifikasiya fəaliyyətlərinin nəticələrinin təhlili
  • Məhsul və proseslə bağlı uyğunsuzluqların idarə edilməsi
  • Ümumi müddəalar
  • Düzəltmələr
  • Düzəldici fəaliyyətlər
  • Potensial təhlükəli məhsullarla rəftar
  • Geri çəkmə (Geri çağırma)

Performansın qiymətləndirilməsi

  • Monitorinq, ölçmə, təhlil və qiymətləndirmə
  • Ümumi müddəalar
  • Təhlil və qiymətləndirmə
  • Daxili audit
  • Rəhbərlik tərəfindən təhlil
  • Ümumi müddəalar
  • Rəhbərlik tərəfindən təhlilin girişi
  • Rəhbərlik tərəfindən təhlilin çıxışı

Yaxşılaşdırma

  • Uyğunsuzluq və düzəldici fəaliyyət
  • Davamlı yaxşılaşdırma
  • Qida təhlükəsizliyi idarəetmə sisteminin yenilənməsi

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

ISO 22000:2018. "Qida təhlükəsizliyini idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər"

Qeydiyyat

KA Ofis

Azərbaycanca

350

ISO 22000:2018. "Qida təhlükəsizliyini idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər"

Qeydiyyat

KA Ofis

Azərbaycanca

350

ISO 22000:2018. "Qida təhlükəsizliyini idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər"

Qeydiyyat

KA Ofis

Azərbaycanca

350

ISO 22000:2018. "Qida təhlükəsizliyini idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər"

Qeydiyyat

KA Ofis

Azərbaycanca

350

ISO 22000:2018. "Qida təhlükəsizliyini idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər"

Qeydiyyat

KA Ofis

Azərbaycanca

350

Tərəfdaşlar