Bitmiş layihələr

Azərbaycanda Rəqabətlilik
və Ticarət Layihəsi

Qida Təhlükəsizliyi üzrə Məsləhətçi Yardımı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda həyata keçirdiyi layihələrdən biri də Azərbaycan Rəqabətlilik və Ticarət Layihəsi ( ART) çərçivəsində Azərbaycanda fəaliyyət göstərən qida müəssisələri üçün qida təhlükəsizliyi üzrə ümumi məsləhət yardım xidmətlərinin (MY) dəstəklənməsidir. USAID -nin Məsləhət Yardım proqramı üzrə ən yaxşı yerli məsləhət təşkilatı seçilən Keyfiyyət Assosasiyası bu proqram çərçivəsində yerli qida müəssisələrində beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun idarəetmə sistemlərinin qurulması üzrə məsləhət xidmətlərini həyata keçirib.

Əsasən südçülük, balıqçılıq, quşçuluq, həmçinin fındıq, alma və nar emalı sahəsində fəaliyyət göstərən müəssisələri əhatə edən bu layihə çərçivəsində qeyd olunan müəssisələrə göstərilən məsləhət xidmətləri üzrə xərclərin 70%-i USAID tərəfindən ödənilib.

USAID/ART Qida Təhlükəsizliyi üzrə Məsləhət Yardım proqramı müəssisələrdə qida təhlükəsizliyini idarəetmə sisteminin effektivliyinin artırılmasına yönəlib.

Məsləhət Yardım proqramının tətbiqi müəssisələrə aşağıdakı faydaları təmin edib:

  • qida təhlükəsizliyi idarəetmə sisteminin effektiv planlaşdrılması, təşkili və təkmilləşdirilməsi;
  • istehlakçı üçün təhlükəsiz olan məhsulun təqdiminə yönəldilmiş yeyinti məhsulunun təhlükəsizliyinin idarəetmə sistemini planlaşdırılması və tətbiq olunması;
  • işçilərin peşəkarlığının və məhsuldarlığın yüksəlməsi, eləcədə onlar arasında düzgün vəzifə bölgüsünün aparılması;
  • konkret işçidən asılılığın aradan qaldırılması;
  • resurslardan effektiv istifadə etməklə xərclərə qənaət edilməsi;
  • istehsal olunan məhsulun təhlükəsizliyinin, keyfiyyətinin yüksəlməsi və itkilərin azaldılması;
  • idarəetmənin düzgün təşkili nəticəsində rəhbərliyin iş yükünün azalması və inkişafa yönəlik işlərin görülməsi;
  • sənədləşdirmənin düzgün aparılması;
  • şirkətin əməliyyatlarının davamlı təkmilləşdirmə sisteminin formalaşması
  • müştərilərin məmnunluğunun və ən əsası təkrar alışlarının artması;
  • müştərilərin şikayətlərinin azaldılması;
  • tərəfdaş və investorlarla əlaqələrin genişləndirilməsi və qarşılıqlı inamın formalaşması;
  • tenderlərdə uğurlu iştirak;
  • imicin yüksəlməsi;
  • ixrac potensialının və beynəlxalq ticarətə çıxış imkanın artması;
  • qanunvericiliyin tələblərinin dəqiq yerinə yetirilməsi və dövlət orqanları ilə əlaqələrin yaxşılaşdırılması;
  • bazar dəyişikliklərinə çevik uyğunlaşmaq imkanının əldə edilməsi;
  • rəqabətqabiliyyətliliyin artması.

Tərəfdaşlar