Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi
Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi
Azərbaycan Respublikasında dövlət tərəfindən həyata keçirilən investisiya layihələrində çalışan personalın bilik, bacarıq və təcrübəsinin artırılması məqsədi ilə Beynəlxalq İnkişaf Assosiasiyasının dəstəyi və ayırdığı kreditlə icra müddəti 4 il (2009-2013 illər üçün) nəzərdə tutulmuş “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” (DİKPGL) həyata keçirilib. Layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərəliliyinin artırılmasından ibarət olub.
07.02.2011-ci il tarixində elan edilmiş “ISO standartları üzrə təlimin təşkilinə dair maraqların ifadəsi üçün dəvət” əsasında Keyfiyyət Assosiasiyası İB öz təklif sənədlərini baxılması və qiymətləndirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupuna təqdim edilib. Baxılma və qiymətləndirmənin nəticəsi olaraq Keyfiyyət Assosiasiyasına ISO standartları üzrə təlimlərin təşkili və keçirilməsi həvalə olunub.
Bu layihə çərçivəsində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən 28 iyun - 30 sentyabr tarixlərində Azərbaycan Respublikasının nazirliklərinin və müvafiq dövlət qurumlarının nümayəndələri üçün ISO 9001 Keyfiyyəti İdarəetmə Sistemi, ISO 14001 Ətraf Mühiti İdarəetmə Sistemi, OHSAS 18001 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə təlimlər keçirilib.
Təlimlərdə Azərbaycan Respublikasının aşağıdakı nazirlik və qurumlarının əməkdaşları iştirak edib:
- AR İqtisadi İnkişaf Nazirliyi
- AR Sənaye və Energetika Nazirliyi
- AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- AR Təhsil Nazirliyi
- AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- AR Əmlak Məsələləri Dövlət Komitəsi
- Melorasiya, İndikasiya, Obyektlərin Qeydiyyatı və Suların İstifadəsi Mühafizə və Nəzarət İdarəsi
- “Azərenerji” ASC
- “Azərsu” ASC
- “Azəryolservis” ASC
- “Azərbaycan Dəmir Yolları” QSC
- “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC
- AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Dövlət Standartlaşdırma İnstitu - AzTEST
- Su Problemləri İnstitutu
- “Azerinşaatservis” MMC
- “Azsertservis” MMC