Dövlət proqramına dəstək layihəsi
2015-2020-ci illər üçün sənayenin inkişafına dair dövlət proqramına dəstək layihəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.
Dövlət proqramında eyni zamanda sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara informasiya, marketinq və markalanma dəstəyi, standartların və sertifikatların tətbiqində dəstək, treninq dəstəyi göstərilməsi və bununla bağlı təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə Keyfiyyət Assosiasiyası tərəfindən dövlət və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tətbiqi üzrə yeni layihə həyata keçirilib.
Layihədə tətbiqi zamanı aşağıdakı işlərin görülməsi nəzərdə tutulub:
- sənaye müəssisələrinin beynəlxalq standartlara və sertifikatlara olan ehtiyaclarının müəyyən edilməsi;
- sənaye müəssisələrinin beynəlxalq standartlar (İSO, EN və s.) üzrə qiymətləndirilməsi və nəticələrinin təhlili;
- qiymətləndirmə və təhlil nəticələrinə əsasən sənaye müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə təkliflər və tədbirlər planının hazırlanması;
- təklif və tədbirlər planına uyğun fəaliyyətlərin həyata keçirilməsinə köməklik və onlara nəzarət.