Audit

Daxili audit

Daxili audit – müəssisə və təşkilatın fəaliyyətinin inkişafına yönəldilmiş risklərin idarə edilməsi, nəzarət və idarəetmənin vəziyyətinin qiymətləndirilməsinə sistemli yanaşmaqla, təşkilata öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.

İdarəetmə sistemlərində daxili auditin aparılması davamlı yaxşılaşdırmanı təmin edən ən geniş yayılmış alətlərdən biridir. Bütün beynəlxalq idarəetmə sistemi standartları ( ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 22000 və s.), onları tətbiq edən müəssisə və təşkilatlardan planlaşdırılmış vaxt intervallarında idarəetmə sisteminin daxili auditinin keçirilməsini tələb edir.

Daxili auditin məqsədi təşkilatın bütün səviyyələrində fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasını, bu fəaliyyətlərin qanunvericiliyin, beynəlxalq standartların və təşkilatın özünün müəyyən etdiyi tələblərə uyğunluğunun qiymətləndirilməsini, eləcə də təşkilatın idarəetmə strukturlarına effektiv nəzarətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Keyfiyyət Assosiasiyası İB beynəlxalq standartları tətbiq edən müəssisə və təşkilatlara daxili auditin təşkili və keçirilməsi üzrə xidmətlərini təklif edir.

Daxili audit prosesi ISO 19011 beynəlxalq standartına əsaslanmaqla, həmçinin müəssisənin mövcud idarəetmə sisteminin tələblərinə uyğun olaraq aşağıdakı beynəlxalq standartlar üzrə həyata keçirilir:

  • ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri – Tələblər
  • Global G.A.P Bitkiçilik
  • Orqanik kənd təsərrüfatı
  • ISO 22000:2018 Qida təhlükəsizliyinin idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər
  • FSSC 22000 Qida təhlükəsizliyi sisteminin sertifikatlaşdırılması
  • IFS (Beynəlxalq qida standartı)
  • BRC (Britaniya Pərakəndəsatıcılar Konsorsiumu) Qlobal standartları
  • HACCP (Təhlükə analizi və kritik nəzarət nöqtələri)
  • OHSAS 18001:2007 Peşə sağlamlığı və əməyin təhlükəsizliyinin qiymətləndirilməsi seriyaları
  • ISO 45001:2018 Peşə sağlamlığı və əməyin təhlükəsizliyinin idarəetmə sistemləri – İstifadə üçün bələdçi ilə birlikdə tələblər
  • ISO 14001:2015 Ətraf mühitin idarəetmə sistemləri – İstifadə üçün rəhbərlik ilə birlikdə tələblər
  • ISO 27001:2013 İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri – Tələblər
    və s.

Keyfiyyət Assosiasiyası tərəfindən daxili audit üzrə göstərilən xidmətin keyfiyyətinin təmin olunması üçün cəlb olunacaq mütəxəssislər (auditorlar) diqqətlə seçilir və bu şəxslərin iqtisadiyyatın ayrı-ayrı sahələri və beynəlxalq standartların tətbiqi üzrə böyük təcrübəyə, eyni zamanda aidiyyatı sahə üzrə zəruri səriştə, bilik və bacarıqlara malik olması əsas götürülür.

Keyfiyyət Assosiasiyası İB özünün peşəkar auditorlardan ibarət komandası ilə audit xidmətləri göstərərkən məxfiliyin qorunması, tərəfsizlik, obyektivlik, peşəkarlıq, məsuliyyətlilik kimi prinsiplərə ciddi şəkildə riayət edir.

Daxili auditin müəssisə və təşkilatlar üçün faydaları:

  • idarəetmə sistemində hər hansı çatışmazlığı, zəif və güclü tərəfləri və ya təkmilləşdiriləcək sahələri müəyyən etməsi;
  • rəhbərliyi şöbələrin, proseslərin müstəqil qiymətləndirilməsi ilə bağlı zəruri məlumatlarla təmin etməsi;
  • təşkilatda potensial risklərin aşkar olunmasına zəmin formalaşdırması;
  • düzəldici fəaliyyətləri həyata keçirməyə imkan verməsi.
Image description