Təlimlər

ISO 45001:2018. Daxili auditin keçirilməsi təlimi (ISO 19011:2018 əsasında)

ISO 45001 standartını tətbiq etmək, habelə adı çəkilən standart üzrə sertifikatlaşdırılmaq istəyən müəssisə və təşkilatlardan öz idarəetmə sistemlərində daxili auidtin keçirilməsi tələb edilir. Daxili auditin keçirilməsi mövcud sisteminin nə qədər effektiv fəaliyyət göstərib-göstərməməsinin müəyyən edilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, daimi yaxşılaşdırma aləti kimi də səmərəli bir alətdir. ISO 45001 standartı müəssisədə/təşkilatda audit fəaliyyətini həyata keçirən şəxslərin səriştəli işçilər olmasını tələb edir.

Məhz bu təlimi qatılmaqla siz müəssisədə/təşkilatda daxili auditin necə keçirilməsilə bağlı praktiki bilik və bacarıqlara yiyələnəcəksiniz. Adı çəkilən təlim ISO 19011:2018. İdarəetmə sistemlərində auditin keçirilməsi. beynəlxalq standartı əsas götürülməklə təşkil edilir.

Image description
Sertifikatını yoxla









250

Təlimin məqsədi:

İştirakçıları ISO 19011 beynəlxalq standartı, daxili auditin planlaşdırılması, uyğunsuzluğun aşkar edilməsi (sübutların toplanması), daxili audit sənədləşdirilməsinin təşkili və daxili auditindən sonra həyata keçirilən tədbirlər haqqında məlumatlandırmaq.

Təlimin müddəti:
2 gün / 14 saat İştirakçılar:

  • PSTİS tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
  • Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
  • Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:

  • ISO 19011:2018 standartı haqqında ümumi məlumat əldə etmək
  • Daxili auditin keçirilməsi texnika və metodikalarını öyrənmək
  • Daxili audit prosesinin sənədləşdirilməsini bilmək

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • ISO 45001:2018 beynəlxalq standartı (azərbaycancanca)
  • Qovluq
  • Bloknot və qələm
  • Nahar, şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

ISO 19011 standartı barədə ümumi məlumat

  • Tapşırıq 1
  • Anlayışlar və təriflər
  • ISO 19011:2011 standartının əsas prinsipləri

ISO 19011:2011 “İdarəetmə sistemlərinin auditi üzrə rəhbəredici göstərişlər”

  • Audit meyarı (İSO 9001 standartının tərkibi barədə ümumi məlumat)
  • Auditlərin təsnifatı
  • Auditin təyinatı və məqsədləri

Auditlə bağlı sənədlər

  • Audit proqramı
  • Audit proqramının idarə edilməsi
  • Auditlərin planlaşdırılması və Audit proqramı üzrə resurslar
  • Audit proqramı üzrə qeydlər
  • Audit proqramının monitorinqi və təhlili
  • Tapşırıq 2

ISO 19011 Auditora qoyulan tələblər

  • Audit üçün zəruri olan şəxsi keyfiyyətlər
  • Auditorun fəaliyyətinə mənfi təsir edən cəhətlər
  • Auditorun iş texnikası və metodları

ISO 19011 Yerlərdə auditin aparılmasına hazırlıq

  • Audit meyarlarının mənbələri
  • Auditin aparılması planı
  • Sənədlərin təhlil edilməsi
  • Tapşırıq 3

ISO 19011 Yoxlama vərəqələri

  • Yerlərdə auditin aparılmasına hazırlıq
  • Yoxlama-sorğu vərəqəsinin hazırlanması
  • Tapşırıq 4

ISO 9001:2015. Açılış toplantısı və auditin keçirilməsi

  • Açılış toplantısının giriş verilənləri
  • Sənədlərin təhlil edilməsi
  • Yerlərdə auditin aparılmasına hazırlıq
  • Məlumatların toplanılması və yoxlanılması
  • Tapşırıq 5

ISO 19011 Audit müşahidələrinin formalaşdırılması

  • Uyğunsuzluqların dərəcələnməsi
  • Uyğunsuzluğun idarə edilməsi
  • Proses auditlərinin xüsusiyyətləri

ISO 19011 Yekun rəyin hazırlanması

  • Uyğunsuzluq hesabatlarının hazırlanması
  • Tapşırıq 6

ISO 19011 Qapanış toplantısı

  • Hesabatın hazırlanması
  • Auditin başa çatması

İmtahan

Təlimdən imtina :
İştirakçıları ISO 9001 beynəlxalq standartının yeni 2015-ci il versiyası haqqında məlumat
landırmaq, 2008-ci il və 2015-ci il versiyaları arasındakı və tətbiqindəki fərqləri çatdırmaq və yeni standartın maddələrinin düzgün başa düşülməsi üçün şərh vermək

Təlimin müddəti:
3 gün / 21 saat İştirakçılar:
KİS tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
Keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:
ISO 9001:2015 standartı haqqında ümumi məlumat
ISO 9001:2008 və ISO 9001:2015 standartlarının müqayisəsi əsasında dəyişiliklərin şərhi
Keyfiyyəti idarəetmə sistemində risk yönümlü yanaşma haqqında məlumat və praktiki tövsiyələr
ISO 9001:2015 standartında sənədləşdirmə ilə bağlı tələblər haqqında məlumat
ISO 9001:2015 sertifikatının alınması üçün görülməsi lazım olan işlər haqqında məlumat

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:
Təqdimat kitabçası
Standart
Nahar
Şirniyyat və çay
Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Tərəfdaşlar