Təlimlər

ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər

Müasir bazar şəraitində müştərilərin tələb və gözləntilərinə cavab verən keyfiyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi beynəlxalq standartlara əsaslanan idarəetmə sistemlərinin qurulması və effektiv fəaliyyətinin təmin edilməsindən çox asılıdır. Bu beynəlxalq standartlardan biri də ISO 9001:2015 standartıdır.

Daim təkmilləşən ISO 9001 seriyalı standartın son versiyası olan bu standart müasir tələblərə cavab verən dəyişiklikləri özünə daxil etmişdir. Bu təlimə qatılmaqla siz standartın tarixi, yeni versiyada istifadə olunan əsas termin və anlayışlar, tələblər, ali səviyyəli struktur habelə tələblər haqqında geniş informasiya əldə edəcəksiniz. Bu biliklər sizə keyfiyyəti idarəetmə üzrə biliklərinizi daha inkişaf etdirməyə və işlədiyiniz müəssisənin idarəetmə sisteminin effektivliyini artırılmasına xidmət edəcək şəkildə tətbiq etməyə yardımedəcəkdir.

Image description
Sertifikatını yoxla









300
Təlim broşuru

Təlimin məqsədi:
İştirakçıları ISO 9001 beynəlxalq standartının yeni 2015-ci il versiyası haqqında məlumatlandırmaq və onun maddələrinin düzgün başa düşülməsi üçün şərh vermək

Təlimin müddəti:
2 gün / 14 saat

İştirakçılar:

  • KİS tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
  • Keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
  • Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:

  • ISO 9001:2015 standartı haqqında ümumi məlumat
  • ISO 9001:2008 və ISO 9001:2015 standartlarının müqayisəsi əsasında dəyişiliklərin şərhi
  • Keyfiyyəti idarəetmə sistemində risk yönümlü yanaşma haqqında məlumat və praktiki tövsiyələr
  • ISO 9001:2015 standartında sənədləşdirmə ilə bağlı tələblər haqqında məlumat
  • ISO 9001:2015 sertifikatının alınması üçün görülməsi lazım olan işlər haqqında məlumat

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Standart
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

ISO 9001 standartının yeni versiyasının müasir biznes reallıqları ilə uzlaşdırılması.

  • Keyfiyyətin idarə edilməsi sistemləri standartlarının yenilənmə səbəbləri
  • ISO 9001:2015 standartının əsas prinsipləri

Keyfiyyəti idarəetmə Sistemi

  • Yeni struktur və terminologiya
  • Yeni struktur və PDCA

Maddə 4. Təşkilatın konteksti

  • Təşkilat və onun kontekstinin başa düşülməsi
  • Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi
  • Keyfiyyəti idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi
  • Proseslərə olan yeni tələblər (nəticələrin ölçülməsi, risklərin nəzərə alınması)

Maddə 5. Liderlik

  • Liderlik və öhdəliklər (proses yanaşma və risklərin qiymətləndirilməsinə əsaslanan düşüncənin təşviqi)
  • Müştəriyə yönəlmə
  • Keyfiyyət siyasəti
  • Təşkilati rollar, məsuliyyət və səlahiyyətlər

Maddə 6. Planlaşdırma

  • KİS-in inkişafında risk amilinin nəzərə alınması
  • Risklərin idarə edilməsi (təhlükələrin müəyyənləşdirilməsi, risklərin təhlili və qiymətləndirilməsi, risklərin qiymətləndirilməsinin sənədləşdirilməsi əməliyyat fəaliyyətinda risklərin nəzərə alınması)
  • Keyfiyyət sahəsində məqsədlər və onlara nail olmanın planlaşdırılması
  • Dəyişiliklərin planlaşdırılması

Maddə 7. Dəstəkləmə

  • İnsan resursları
  • İnfrastruktur (bina və onunla əlaqəli mühəndis sistem və xətləri, avadanlıq, nəqliyyat, rabitə və informasiya texnologiyaları)
  • Proseslərin yerinə yetirilməsi üçün iş mühiti
  • İzləmə və ölçmələr üçün resurslar
  • Daxili və xarici informasiya mənbələri
  • Səriştəlilik və məlumatlı olma
  • İnformasiya mübadiləsi və kommunikasiya
  • Sənədləşdirilmiş informasiya, sənədləşdirilmiş informasiyanın idarə edilməsi

Maddə 8. Fəaliyyət

  • Fəaliyyətin planlaşdırılması və idarə edilməsi
  • Məhsul və xidmətlərə olan tələblər
  • Müştəri ilə əlaqə
  • Məhsul və xidmətlərin layihələndirilməsi və işlənməsi
  • Xarici (kənar) tədarükçülər (təchizatçılar) tərəfindən təqdim olunan proses, məhsul və xidmətlərin idarə edilməsi
  • Məhsulların istehsalı və xidmətlərin göstərilməsinin idarə edilməsi
  • Uyğun olmayan proses nəticələrinin, xidmət və məhsulun idarə edilməsi

Maddə 9. Performansın qiymətləndirilməsi

  • İzləmə, ölçmələr, təhlil və qiymətləndirmə
  • Müştəri məmnuniyyəti
  • Daxili audit
  • Rəhbərlik tərəfindən təhlil

Maddə 10. Yaxşılaşdırma

  • Uyğunsuzluq və düzəldici fəaliyyətlər
  • Daimi yaxşılaşdırma

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər

Qeydiyyat

KA Ofis

Azərbaycanca

300

Tərəfdaşlar