Təlimlər

Proseslərin idarə edilməsi

ISO 9001 beynəlxalq standartı müştəri tələblərini yerinə yetirməklə onların məmnuniyyətini artırmaq üçün keyfiyyəti idarəetmə sisteminin işlənilməsi, tətbiqi və effektivliyinin yaxşılaşdırılması zamanı “proses yanaşması”ndan istifadəni təşviq edir.

Qarşılıqlı əlaqəli proseslərin bir sistem kimi başa düşülməsi və idarə edilməsi təşkilatın nəzərdə tutulmuş nəticələrə effektiv və səmərəli şəkildə nail olmasına kömək edir. Bu yanaşma təşkilata sistemdəki proseslər arasında qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələri idarə etməyə, beləliklə də təşkilatın ümumi performansını yaxşılaşdırmağa imkan verir.

Image description
Sertifikatını yoxla









200

Təlimin məqsədi:
ISO 9001 beynəlxalq standartına görə proses yanaşması, proseslər arasındakı qarşılıqlı asılılıq və qarşılıqlı əlaqə, keyfiyyəti idarəetmə sistemində proses yanaşmasının tətbiqi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi.

Təlimin müddəti:
1 gün / 8 saat

İştirakçılar:

  • Keyfiyyət üzrə menecerlər,
  • KİS-i tətbiq etmək istəyən təşkilatların rəhbər işçiləri və mütəxəssisləri,
  • keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər

Təlimin faydaları:
Təlim iştirakçıları keyfiyyəti idarəetmə sistemində proses yanaşması, proseslərin dəyər qatma baxımından müəyyən edilməsi, proseslərin effektivliyini təmin etmək üçün həyata keçiriləcək fəaliyyətlər, toplanmış informasiyanın qiymətləndirilməsi əsasında proseslərin yaxşılaşdırılması metodları barədə məlumat əldə edəcəklər.

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Standart (ISO 9001:2015)
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)
  • Proses anlayışı
  • Prosesin girişləri
  • Prosesin çıxışları
  • Prosesin performans göstəriciləri
  • Proses üçün resurslar
  • Prosesə nəzarət
  • Prosesin idarə edilməsi
  • Prosesin blok sxemləri
  • Proseslərin izlənməsi
  • Proseslərin qarşılıqlı əlaqəsi və biri-birinə təsiri
  • Proseslərin təhlili və yaxşılaşdırılması
  • Praktiki çalışmalar və tətbiqə dair nümunələr

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Keyfiyyətə Nəzarət prosesi təlimi

Qeydiyyat

KA ofisi

Azərbaycan

400

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Tərəfdaşlar