Quality TV

  • Association
  • Quality tv
  • News
  • “Azərtexnolayn” MMC-də ISO/IEC 17020 beynəlxalq standartının tətbiqi üzrə layihəyə başlanılıb

News

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “Azərtexnolayn” MMC-in struktur bölməsi olan laboratoriyasında ISO 17020 beynəlxalq standartının tələblərinə uyğun idarəetmə sisteminin qurulması ilə bağlı məsləhət, təlim və akkreditasiyanın təşkili üzrə layihəyə start verilmişdir.

Bununla əlaqədar olaraq adı keçən müəssisəyə mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə səfər təşkil olunmuşdur. Səfər zamanı laboratoriyanın rəhbərliyi, əməkdaşları və o cümlədən müəssisənin keyfiyyətə nəzarət və idarəetmə sistemləri üzrə müvafiq məsul şəxsləri ilə görüş keçirilmişdir. Görüşdə ISO/İEC 17020 beynəlxalq standartının tələbləri, eyni zamanda həmin standart üzrə məsləhət, təlim və akkreditasiyanın təşkili ilə bağlı digər zəruri məsələlər haqqında qarşı tərəfə qısa izahat verilmiş, təşkilatı məsələlər müzakirə edilmiş və “ilkin qiymətləndirmə” üzrə müvafiq işlərə start verilmişdir. Daha sonra ISO 17020 standartına uyğun akkreditasiya auditinin təşkili və akkreditasiya sənədinin alınması ilə bağlı fikir mübadiləsi aparılmış, eləcə də “ilkin qiymətləndirmə” çərçivəsində laboratoriyaya və müəssisənin ümumi infrastrukturuna baxış keçirilmişdir.