Quality TV

GMP və GDP standartları mövzusunda vebinar keçirilib

Səhiyyə sektorunun vətəndaşlarımızın sağlamlığının təmin edilməsindəki əvəzedilməz rolunu nəzərə alaraq, ölkəmizin səhiyyə və tibb sektorunda beynəlxalq və milli standartların təbliğinə səhiyyə və tibb təşkilatlarında keyfiyyət və idarəetmə sistemlərinin effektiv fəaliyyətinə töhfə və dəstək vermək məqsədilə Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən 2023-cü ildən “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun yaradılmasına dəstək” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində 5 may 2026-cı il tarixində Keyfiyyət Assosiasiyasının təşkilatçılığı ilə “GMP və GDP standartları. Təcrübənin tətbiqi” mövzusunda onlayn vebinar keçirilib.

Vebinarda iştirakçılara GMP və GDP standartlarının məqsədi və əhəmiyyəti, keyfiyyəti idarəetmə sisteminin tələbləri, sənədləşdirmə və izlənə bilməyə dair tələblər, personalın səriştəliliyi və təlim ehtiyacları, istehsal, saxlanma və daşınma proseslərinə nəzarət, risklərin idarə olunması və validasiya yanaşmaları, temperatur və anbar şəraitinin monitorinqi, daxili audit mexanizmləri, beynəlxalq auditlərə hazırlıq məsələləri ətraflı şəkildə izah olunub.

Partners