Quality TV

News

11 mart 2020-ci il tarixində “Keyfiyyət Assosiasiyası” tərəfindən “ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirindəki bütün təşkilatlara tələblər” beynəlxalq standartı üzrə növbəti təlimə start verilib.

Təlimdə “Səba” MMC, “Zəhmət-Ruzi” MMC, “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşları iştirak edir.

Üç gün davam edəcək təlimdə iştirakçılara qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar, HACCP prinsipləri və HACCP-ın 12 addımı, ISO 22000 standartının tələbləri, hazırkı versiya ilə 2005-ci il versiyası arasındakı fərqlər, qida təhlükəsizliyi idarəetmə sistemi, qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi, qida təhlükəsizlyi üzrə siyasət, təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər, planlaşdırma, risk və imkanlar, qida təhlükəsizliyi idarəetmə sisteminin məqsədləri, sənədləşdirilmiş informasiya, ilkin şərtlər proqramı, izlənə bilmə, fövqaladə vəziyyətlərə hazırlıq və onlara reaksiya verilməsi, təhlükənin idarə edilməsi, təhlükənin idarə edilməsi planı (HACCP/OPRP planı), verifikasiya və validasiya, geri çəkmə/geri çağırma, uyğunsuzluq və düzəldici fəaliyyət, - davamlı yaxşılaşdırma və s məsələlər barədə ətraflı məlumat veriləcək.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçiriləcək.