Quality TV

  • Association
  • Quality tv
  • News
  • Keyfiyyət Assosiasiyası tərəfindən Milli Observatoriyada ISO 9001:2015, ISO 29993:2017 və ISO 10015:2019 standartları üzrə məsləhət layihəsi uğurla başa çatıb

Keyfiyyət Assosiasiyası tərəfindən Milli Observatoriyada ISO 9001:2015, ISO 29993:2017 və ISO 10015:2019 standartları üzrə məsləhət layihəsi uğurla başa çatıb

Keyfiyyət Assosiasiyası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada həyata keçirilən ISO 9001:2015, ISO 29993:2017 və ISO 10015:2019 standartları üzrə məsləhət layihəsi uğurla başa çatıb.

Məsləhət layihəsinin icrası prosesində Assosiasiyanın mütəxəssisləri tərəfindən qurumun struktur bölmələrinin fəaliyyətlərinin ilkin qiymətləndirilməsi aparılmış, idarəetmə sisteminin sənədlərinin hazırlanması üzrə metodiki kömək göstərilmiş, standartların tətbiqi ilə bağlı əməkdaşlara təlim keçirilmiş, eləcə də görülmüş işlərin və sistemin vəziyyəti ilə bağlı daxili audit keçirilmiş və setifikatlaşdırmaya hazırlıq məqsədilə müvafiq tövsiyələr verilib.

Layihənin icrasının sonrakı mərhələsində Milli Observatoriyadnın idarəetmə sisteminin və qurumun struktur bölmələrinin fəaliyyətinin sözügedən standartların tələblərinə uyğunluğu və adekvatlığı yoxlanılıb. Audit yoxlaması Milli Observatoriyanın ISO 9001:2015, ISO 29993:2017 və ISO 10015:2019 standartlarının tələblərinə tam cavab verdiyini təsdiqləyib. Layihə başa çatdıqdan sonra görülmüş işlərin nəticəsi olaraq müvafiq hesabat hazırlanaraq rəhbərliyə təqdim edilib.

Partners