Quality TV

METAK şirkətində ISO 14001 beynəlxalq standartı üzrə təlim keçirilib

13 aprel 2022-ci il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən METAK şirkətində “ISO 14001:2015 Ətraf mühiti idarəetmə sistemi” mövzusunda korporativ təlim keçirilib. Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ətraf mühitlə bağlı əsas anlayışlar, ətraf mühiti idarəetmə sistemi və ISO 14001:2015 standartı, ISO 14001:2015 standartındakı əsas dəyişikliklər, ətraf mühit üzrə qanunvericilik, ətraf mühit siyasəti, ətraf mühit aspektləri, risk və imkanlarla bağlı tədbirlər, ətraf mühit üzrə məqsədlər , resursların idarə edilməsi, ətraf mühit ilə əlaqədar əməliyyat proseslərinin planlaşdırılması və idarə edilməsi, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, daxili audit, rəhbərlik tərəfindən təhlil, uyğunsuzluq və düzəldici fəaliyyətlər, davamlı yaxşılaşdırma barədə məlumat verilib, eyni zamanda yuxarıda qeyd olunan mövzular ətrafında marağlı müzakirələr aparılıb.

Partners