Quality TV

  • Association
  • Quality tv
  • News
  • Peşə sağlamlığı və təhlükəsizliyi üzrə işçi qrupunun ISO 45001:2018 standartı ilə bağlı ilk iclası keçirilib

News

Bu il Keyfiyyət Assosiasiyası İctimai Birliyinin struktur vahidi olan “Keyfiyyət Akademiyası”nın nəzdində peşə sağlamlığı və təhlükəsizliyi üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupunun məqsədi peşə sağlamlığı və təhlükəsizliyi üzrə qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi üçün beynəlxalq standartların azərbaycan dilinə tərcüməsi, yerli standartların hazırlanması, habelə müxtəlif materialların işlənilməsini təmin etməkdir.

İşçi qrupunun bugün keçirilən ilk iclası ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) tərəfindən hazırlanan ISO 45001:2018. Peşə sağlamlığı və təhlükəsizliyi – Tələblər və tətbiq üzrə rəhbərlik beynəlxalq standartının Azərbaycan dilinə edilmiş tərcüməsinin müzakirəsinə həsr olunmuşdu. İclasda standartın adının beynəlxalq konvensiyalara və yerli qanunvericiliyə uyğun olaraq düzgün tərcümə edilməsilə bağlı fikir mübadiləsi aparılmışdır. Yekunda tərcümə edilən standart nəzərdən keçirmək üçün iştirakçılara paylanılmış və növbəti iclasın qrup üzvlərinin müvafiq maddələr üzrə verəcəkləri rəy və təkliflərin müzakirəsinə həsr edilməsi qərara alınmışdır.