Quality TV

  • Association
  • Quality tv
  • News
  • Reabilitasiya mərkəzlərinin rəhbərləri üçün ISO 19011 standartı üzrə təlim keçirilib

Reabilitasiya mərkəzlərinin rəhbərləri üçün ISO 19011 standartı üzrə təlim keçirilib

Keyfiyyət Assosiasiyası İctimai Birliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə əməkdaşlığı çərçivəsində reabilitasiya mərkəzlərinin rəhbər şəxsləri üçün “ISO 19011:2018 – İdarəetmə sistemlərinin auditinin keçirilməsi” mövzusunda təlim keçirilib.

Təlim zamanı auditə dair anlayışlar və təriflər, auditin təyinat və məqsədləri, auditə dair standartlar, auditin prinsipləri, auditin aparılması metodları, audit üzrə sənədləşdirmə, auditlərin planlaşdırılması, auditin təşkili və keçirilməsi, audit proqramının idarə edilməsi, sənədlərin təhlili, sorğu, müşahidələr, uyğunsuzluqların dərəcələnməsi, izləmə fəaliyyətləri, yekun rəyin və hesabatın hazırlanması, auditorların davranış qaydaları, auditorların səriştəliliyinin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verilib, eləcə də iştirakçıların tədris olunan mövzuları daha yaxşı mənimsəmələri üçün auditə dair praktiki nümunələr tədim edilib və hər modul üzrə marağlı müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçılara Keyfiyyət Assosiasiyası tərəfindən işlənib hazırlanmış “İdarəetmə sistemlərinin daxili auditi” kitabı hədiyyə edilib.

Partners