Quality TV

Xarici bazarlara xidmət ixracımız davam edir

Xidmət ixracımız davam edir. Növbəti səfərimiz Rusiya Federasiyasında yerləşən “Юг Руси” və “Atlantis-Pak” şirkətlər qrupunun müəssisələrinə olub. Səfər zamanı həmin şirkətlər qrupunun Rusiyanın müxtəlif şəhərlərində yerləşən müəssisələrinin Keyfiyyət Assosiasiyasının mütəxəssisləri tərəfindən beynəlxalq standartların (halal) tələbləri əsasında auditi keçirilib.

Xatıqladaq ki, “Юг Руси” şirkətlər qrupu duru yağ, mayonez, ketçup və souslar, konserv məhsulları, qənnadı məmulatları və proteinin istehsalçısıdır. Adıkeçən şirkət “Аведовъ”, “Злато”, “Золотая Семечка”, “Милора”, “Юг Руси. Рыжиковое”, “Сто рецептов”, “Аннинское”, “Раздолье” kimi brendlərinin sahibidır. Şirkət öz məhsullarını həm MDB ölkələrinə, həmdə xarici ölkələrə ixrac edir.

Xidmət göstərdiyimiz digər şirkət isə “Atlantis-Pak” şirkətlər qrupudur. Bu şirkət süd və ət sənayesi üçün plastik qabalaşdırma materiallarının Rusiyada əsas istehsalçısıdır. Qablaşdırma sahəsində innovativ həll variantları üzrə dünya lideri olan şirkətlər qrupu dünyanın 90 ölkəsinin 2500 müəssisəsinə plastik qablaşdırma materiallarını ixrac edir və hazırda şirkətin müxtəlif ölkələrdə 200-dən çox nümüyəndəliyi mövcuddur.

Partners