“AsMotors Group”-da ISO 19011:2018 standartı üzrə təlim keçirilib


12 iyun 2025-ci il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən “AsMotors Group”-da ISO 19011:2018 standartı üzrə təlim keçirilib. Təlimdə AsMotors şirkətinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılara ISO 19011 standartının tələbləri, auditin tətbiq sahəsi, prinsipləri, audit proqramının məqsədləri, audit proqramı ilə bağlı risklər, audit proqramının idarə edilməsi, audit proqramının monitorinqi, auditin planlaşdırılması, audit qrupunda iş bölgüsü, auditin keçirilməsi, məlumatların toplanılması və yoxlanılması, audit müşahidələrinin formalaşdırılması, sənədləşdirilmiş informasiyanın təhlili, auditorların səriştəliliyinin qiymətləndirilməsi, audit üzrə hesabatın hazırlanması və sairə barədə məlumat verilib və qeyd olunan mövzularda maraqlı müzakirələr aparılıb.
Xatırladaq ki, AsMotors Group AlpineOil ticarət nişanının Azərbaycan Respublikası ərazisində rəsmi distribyutorudur. Bundan başqa, As motors şirkəti həmçinin Mecafilters və AlcoFilters ticarət nişanlarının Azərbaycan Respublikası ərazisində rəsmi tərəfdaşıdır.
Mecafilter uzun illərdir avtomobil sənayesi üçün filtrlər istehsalçısıdır. Mecafilter Avropa avtomobil istehsalçıları arasında geniş tanınır və 1945-ci ildən onların təchizatçısıdır.
ALCOFilters 1973-cü ildə qurulmuş və 50 illik təcrübəyə malik bir Avropa satış sonrası filtr istehsalçısıdır. ALCO minik avtomobilləri, yük maşınları, kənd təsərrüfatı maşınları və stasionar avadanlıqlar üçün filtrlər istehsal edir.