• Association
  • Quality tv
  • Front page
  • Keyfiyyət Assosiasiyasının nümayəndələri "Ümumdünya standartlar günü”nə həsr olunmuş II Beynəlxalq elmi-praktik simpoziumda iştirak ediblər

Keyfiyyət Assosiasiyasının nümayəndələri "Ümumdünya standartlar günü”nə həsr olunmuş II Beynəlxalq elmi-praktik simpoziumda iştirak ediblər

14 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümumdünya standartlar günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium keçirilib. “Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib.

Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov,Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov və Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və COP29 kimi mötəbər tədbir ərəfəsində universitetdə belə bir beynəlxalq elmi simpoziumun keçirilməsinin önəmindən, həmçinin iqlim dəyişikliyi ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən, yeni standartların tətbiqindən, yaşıl dünya konsepsiyalarında yeni yanaşmalardan danışıblar.

Daha sonra konfransa onlayn qoşulan Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu, Qazaxıstan Satbayev Universitetinin dekanı Darxan Erejep beynəlxalq simpoziumun müasir çağırışlara uyğun, o cümlədən cəmiyyət üçün vacib olan mövzunu əhatə etdiyini diqqətə çatdırıblar.

Tədbirin sonunda çıxış edən “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova simpoziumun dünyada alternativ enerji ehtiyatlarının öyrənilməsi və tətbiqi sahəsində təcrübə mübadiləsində, elmi potensialın inkişafı və qarşılıqlı fikir mübadiləsinin aparılmasındakı rolundan danışıb.

Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətinin, rəqabət qabiliyyətinin artırılması, mövcud standartlaşdırma sisteminin təkmilləşdirilməsi və milli standartların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi istiqamətində fəal marifçilik fəaliyyətlərini həyata keçirən, həmçinin beynəlxalq standartların tətbiqində yerli müəssisələrimizə dəstək verən Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti sözügüdən tədbirdə iştirak edib.

Partners