“Foriella” şirkətində keyfiyyət infrastrukturunun qurulması üzrə məsləhət layihəsi uğurla davam edir

Keyfiyyət Assosiasiyası tərəfindən “Foriella” şirkətində beynəlxalq və milli keyfiyyət standartlarına uyğun olaraq, davamlı inkişaf və müştəri məmnuniyyətini təmin edəcək keyfiyyət infrastrukturunun qurulması üzrə məsləhət layihəsi uğurla davam edir. Layihənin məqsədi şirkətdə ISO 9001:2015 beynəlxalq standartına uyğun keyfiyyəti idarəetmə sisteminin qurulması, proseslərin səmərəliliyinin artırılması, müştəri məmnuniyyətinin təmin edilməsi və davamlı inkişafın təşviq edilməsidir.

Onu da qeyd edək ki, “Foriella” MMC Azərbaycanın mebel istehsal edən iri şirkətlərindən biridir. Bakı şəhəri Balaxanı Sənaye Parkında yerləşən “Foriella” şirkəti özünün 15000 m2-lik istehsal səhəsi ilə sərt ağac növü olan fıstıq və palıddan masa, stul və digər mebellərin Qafqazda ən böyük istehsalçısıdır. Şirkətin mebel brendi olan “Perla” təkcə respublikamızda deyil, ölkəmizdən kənarda da yaxşı tanınır. “Foriella” şirkəti bu brend adı altında yataq, qonaq, yumşaq, ofis, uşaq mebelləri, döşək və digər yumşaq mebel məhsulları istehsalını və satışını həyata keçirir. Hazırda “Foriella” şirkəti çox geniş çeşidli məhsul portfeli ilə öz məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxstan, Tacikistan, Qırğızıstan və digər ölkələrə ixrac edir.

Partners