Keyfiyyət tv

ISO 19011:2026 standartı üzrə təlim keçirilib

12-13 iyun 2026- ci il tarixlərində ölkəmizdə ilk dəfə Keyfiyyət Assosiasiyası tərəfindən “ISO 19011:2026 İdarəetmə sistemlərinin auditi” mövzusunda təlim keçirilib. Təlimdə ölkəmizin bir sıra tibbi müəssisə və klinikalarının əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO 19011 standartlarının 4-cü versiyasının auditlə bağlı tələbləri, auditin tətbiq sahəsi, prinsipləri, audit proqramının məqsədləri, audit proqramı ilə bağlı risklər, audit proqramının idarə edilməsi, audit proqramının monitorinqi, auditin planlaşdırılması, audit qrupunda iş bölgüsü, auditin keçirilməsi, məlumatların toplanılması və yoxlanılması, audit tapıntılarının formalaşdırılması, sənədləşdirilmiş informasiyanın təhlili, auditorların səriştəliliyinin qiymətləndirilməsi, audit üzrə hesabatın hazırlanması, xüsusilə də auditin təşkilatın idarəetmə və daxili nəzarət sistemindəki rolu və risklərin effektiv idarə edilməsinə qatdığı dəyər barədə geniş məlumat verilib və müzakirələr aparılıb, həmçinin qeyd olunan mövzular üzrə qrup çalışmaları yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Partners