Keyfiyyət tv

Keyfiyyət Assosiasiyası tərəfindən ISO 7101:2023 standartı üzrə növbəti təlim keçirilib

29-30 avqust 2026-cü il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” beynəlxalq standart üzrə təlim keçirilib.

Təlimdə “HİMA MMC”, "X Conshept MMC", "Neft-Kimya Prosesləri İnstitutu", "Diamed CO ", "Inci Laboratoriyaları", "Altium-AZ", " 38 N-li Polikilina", "Sosial Xidmətlər Agentliyi" və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları iştirab edib.

Təlimin əsas məqsədi iştirakçıların ISO 7101:2023 standartının tələbləri, onun tətbiqi prinsipləri və səhiyyə təşkilatlarında keyfiyyət idarəetmə sisteminin effektiv şəkildə qurulması və təkmilləşdirilməsi barədə biliklərinin artırılması olub.

Təlimdə iştirakçılara ISO 7101:2023 standartının mahiyyəti və məqsədi, səhiyyə təşkilatlarında idarəetmə sistemlərinin qurulması prinsipləri, pasiyent yönümlü tibbi xidmətin təşkili və pasiyent təhlükəsizliyi, riskə əsaslanan idarəetmə və qərarvermə, keyfiyyət məqsədlərinin planlaşdırılması, sənədləşdirməyə dair tələblər, sənədləşdirilmiş informasiya ilə işləmə qaydaları, daxili audit və özünəqiymətləndirmə metodikası, performansın davamlı yaxşılaşdırılması, ISO 7101-in tələblərinin səhiyyə təşkilatlarının gündəlik fəaliyyətinə inteqrasiyası və sairə məsələlər barədə ətraflı məlumat və praktiki izahlar verilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Partners