Keyfiyyət Assosiasiyası daha bir dövlət təşkilatında beynəlxalq standartları tətbiq edəcək

Keyfiyyət Assosiasiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada ISO 9001:2015, ISO 20252:2019, ISO 29993:2017, ISO 37001:2016 və ISO 10015:2019 beynəlxalq standartlarının tələblərinə uyğun inteqrə olunmuş idaraetmə sisteminin işilənilməsi, tətbiqi və sertifikatlaşdırılması xidmətlərinin göstərilməsi üzrə keçirilmiş tenderin qalibi olmuşdur.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Keyfiyyət Assosiasiyası bağlanmış müqaviləyə əsasən sözügedən standartların tətbiqi üzrə layihəyə artıq start verilmişdir. Bu layihə çərçivəsində Milli Observatoriyaya məsləhət xidmətinin göstərilməsi və qeyd olunan standartlar üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Partners