"Keyfiyyət Assosiasiyası" İctimai Birliyi ilə TƏBİB arasında Anlaşma Memorandumu imzalanıb

14 may 2025-ci il tarixində "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu Anlasma Memorandumuna əsasən tərəflər öz səlahiyyət və məqsədlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində keyfiyyət infrastrukturunun qurulması (müəssisələrin fəaliyyətinin optimallaşdırılması və yaxşılaşdırılması) standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və beynəlxalq standartların tətbiqi, eyni zamanda keyfiyyət mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, keyfiyyəti idarəetmə üzrə birgə layihələrin və maarifləndirici tədbirlərin keçirilməsi sahəsində qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi barədə razılığa gəlmişlər.
Tədbirdə hər iki qurumun rəhbərlik heyəti növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi aparıblar və gələcəkdə bu təşəbbüsün sözügedən səhiyyə qurumunda xidmətin keyfiyyət səviyyəsinin yüksəlməsinə, eləcə də ölkədə səhiyyə xidmətlərinin daha da inkişaf etdirilməsinə mühüm töhfə və təkan verəcəyini vurğulayıblar.

Partners