Keyfiyyət tv

STARBUCKS-ın potensial tədarükçüsünün qiymətləndirilməsi aparılmışdır

Keyfiyyət Assosiasiyası İB öz xidmətlərinin ixracına başlamışdır. Belə ki, artıq uzun müddətdir, Azərbaycanda uğurlu fəaliyyət göstərən təşkilatımız bir çox xarici şirkətlərlə də yaxından əməkdaşlıq edir.

Bu əməkdaşlığın nəticəsi olaraq dünyada tanınmış STARBUCKS markasını təmsil edən SHAYA ilə Karma Group vasitəsilə əməkdaşlıq çərçivəsində Azərbaycandakı mövcud tədarükçülərin qiymətləndirilməsi auditi həyata keçirmişdir. Sözügüdən audit zamanı beynəlxalq standartlar və sifarişçi tələbləri əsas götürülmüşdür. Qeyd etmək istəyirik ki, audit xidməti Keyfiyyət Assosiasiyasının göstərdiyi 3 (məsləhət, audit və təlim) xidmətdən biridir. Audit xidməti diaqnostik audit, daxili audit və tədarükçülərin auditi (qiymətləndirilməsi) şəklində həyata keçirilir. Tədarükçülərin qiymətləndirilməsi müştərinin sifarişi əsasında öncədən təqdim olunmuş yoxlama vərəqələri (cheklist) və ya müştərinin istəyinə uyğun olaraq hazırlanmış sənədlər (müqavilə tələbləri, standartlar, spesifikasiyalar, prosedur və təlimatlar) əsasında aparılır.

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən təşkilatlar arasından Keyfiyyət Assosiasiyasının seçilməsi məhz peşəkar işimizin və xidmət keyfiyyətimizin yüksək olmasının bariz göstəricisi kimi qiymətləndirilə bilər.

Partners