“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən Reabilitasiya mərkəzlərinin rəhbərləri üçün təşkil olunmuş təlimlər uğurla başa çatıb


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində DTSERA-nın xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə reabilitasiya mərkəzlərinin rəhbərləri üçün təşkil olunmuş “Keyfiyyət və idaretmə standartları” üzrə təlimlər uğurla başa çatıb.
Təlimlər ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri, ISO 19011:2018 İdarəetmə sistemlərinin auditi və ISO 7101:2023 Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri mövzularına həsr olunmuşdu. 17-31 iyul tarixlərində keçirilmiş təlimləri uğurla başa çatmış iştirakçılar qeyd olunan mövzularda zəruri bilik və bacarıqlara yiyələnmişlər. Bununla əlaqədar olaraq 1 avqust 2025-ci il tarixində keçirilən təlimin sertifikatlarının təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev və Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu çıxış edərək iştirakçıları bu uğur münasibətilə təbrik ediblər. Daha sonra təlimləri uğurla başa vuran iştirakçılar müvafiq kateqoriyalar üzrə sertifikatlarla təltif ediliblər.