AZƏRBAYCANDA
KEYFİYYƏTİN SƏSİ

NƏALİYYƏTLƏR

TOP TEN AWARD INTERNATIONAL NETWORK

27.07.2010 tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilmiş beynəlxalq tədbirdə Top Ten Award International Network tərəfindən Keyfiyyət Assosiasiyasına Azərbaycandakı müəssisələrə idarəetmə sahəsində göstərdiyi xidmətə və o müəssisələrin fəaliyyətinə qatdığı dəyərə (“Providing Management Assistance to the Clients”) görə beynəlxalq mükafat (Silver Award) təqdim edilmişdir. Bu mükafatla KA 30 ölkədən olan 200 təşkilat arasından 2-ci yerə layiq görülmüşdür. Mükafatın məhz KA-ya təqdim olunması qərarı Top Ten Award International Network təşkilatı tərəfindən 30 ölkədə 200 təşkilatın fəaliyyətinin araşdırılması və həmin ölkələrdəki müəssisələrin bu təşkilatlar haqqındakı rəyi əsasında qəbul edilmişdir.

KA Azərbaycanda beynəlxalq idarəetmə standartları sahəsində məsləhət və təlim xidməti verən təşkilatlar arasında bu cür beynəlxalq mükafata layiq görülən yeganə təşkilatdır.

Image description
Top Ten Award International Network

ISO 9001, ISO 29993, ISO 10019 və ISO 10002

KAİB 01.10.2019-cu il tarixində FQC beynəlxalq sertifikatlaşdırma və Təlim Xidmətləri Anonim Şirkəti tərəfindən ISO 9001:2015. “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, ISO 29993:2017. “Formal təhsilə aid olmayan tədris xidmətləri - Xidmətə olan tələblər”, ISO 10019:2005. “Keyfiyyəti idarəetmə sistemi üzrə məsləhətçilərin seçilməsi və onların xidmətlərindən istifadəyə dair rəhbərlik” və ISO 10002:2018. "Keyfiyyəti idarəetmə sistemləri - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbərlik" beynəlxalq standartları üzrə sertifikatlara layiq görülüb.