Assosiasiyanın nəzdində fəaliyyət göstərən akademiyada keyfiyyət və idarəetmə ilə bağlı mövzularda təlimlərin təşkili, standartların tərcüməsi, kvalifikasiya proqramlarının hazırlanması və müxtəlif resurslara çıxış imkanı təmin edilir.
FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Təşkilatımız ölkədə keyfiyyətin ünvanına çevrilmək üçün müxtəlif sahələrdə
fərqli-fərqli fəaliyyətlər icra edir. Bu fəaliyyətlər ölkəmizdə keyfiyyət anlayışının
təbliği və peşəkar mütəxəssislərin yetişməsində məxsusi rol oynayacaqdır.
-
KEYFİYYƏT AKADEMİYASI
-
“KEYFİYYƏT VƏ MENECMENT” JURNALI
Jurnal respublikamızda keyfiyyət və idarəetməyə dair ilk elmi-texniki və iqtisadi mətbu orqan kimi təsis edilib. İlk sayı 2007-ci ilin iyul ayında işıq üzü görüb.
-
ÜZVLÜK
Assosiasiyamız keyfiyyət sahəsində fəaliyyət göstərən və gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən hər kəsin, habelə yerli müəssisələrin keyfiyyət şəbəkəsinin bir hissəsi olmasını təmin edir.
-
TƏLİM
“Keyfiyyət Akademiyası”nın təlim mərkəzində keyfiyyət və idarəetmə sistemlərilə bağlı müxtəlif növ təlimlər təşkil edilir.
-
AUDİT
Bizim mütəxəssislər yerli müəssisələrdə beynəlxalq standartların tətbiqinin effektivliyini müəyyən etmək məqsədilə daxili auditlərin keçirilməsini həyata keçirir.
-
MƏSLƏHƏT
Biz beynəlxalq idarəetmə standartları üzrə yerli müəssisələrə məsləhət xidməti göstəririk.
-
STANDARTLAR
Keyfiyyət Akademiyası çərçivəsində fəaliyyət göstərən işçi qrupları beynəlxalq standartların tərcüməsini həyata keçirir.