Qida

Qida sektoru

Qida sektoru ölkəmizdə aparıcı sektorlardan birini təşkil etməkdədir. Onun ölkə əhalisinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsində rolu çox böyükdür. Qida təhlükəsizliyinin təmin olunması isə qida sektorunu təmsil edən müəssisələrdə beynəlxalq standartların tətbiqindən çox asılıdır.

Məhz bu amili nəzərə alaraq Assosiasiyamız qida sektorunu təmsil edən müəssisə və təşkilatlarda beynəlxalq standartların tətbiqi üzrə məsləhət, audit və təlim xidmətləri göstərir. Təsis olunduğu gündən indiyə kimi təşkilatımız qida sektorunda öz seqmentində aparıcı şirkətlərdən olan Səhliyalı Kiçik müəssisəsi, Az-Granata MMC, Azerbaijan Poultry Company, Qəbələ Konserv Zavodu, Səba ASC, Siyəzən Broyler ASC kimi müəssisələrə beynəlxalq standartların tətbiqi üzrə müxtəlif xidmətlər göstərmişdir.
Keyfiyyət Assosiasiyası qida sektoru müəssisələrinə aşağıdakı beynəlxalq standartların tətbiqi üzrə məsləhət xidmətləri təklif edir:

  • HACCP - Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri

    HACCP - Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri

    Hər bir qida məhsulunda təhlükəli amillərin yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər. Məhsulun istehsalı və saxlanması, daşınması, emalı və qablaşdırılması, hazır məhsulun saxlanması və daşınması, ticarət və ictimai iaşə obyektlərində məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli amillərlə təmasda olmaq, bu amillərin məhsulun tərkibinə düşmək ehtimalı həmişə mövcuddur.

    Daha ətraflı
  • ISO 22000:2018 Beynəlxalq standartı

    ISO 22000:2018 Beynəlxalq standartı

    Hər bir ölkənin qida təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz  tərkib hissəsidir. Qida təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin, eləcə də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. Qida təhlükəsizliyi probleminin beynəlxalq miqyas alması xüsusilə qloballaşma fonunda daha qabarıq şəkildə özünü göstərir.

    Daha ətraflı
  • BRC  Qlobal standartları

    BRC Qlobal standartları

    Hər bir ölkənin qida təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz  tərkib hissəsidir. Qida təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin, eləcə də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. Qida təhlükəsizliyi probleminin beynəlxalq miqyas alması xüsusilə qloballaşma fonunda daha qabarıq şəkildə özünü göstərir.

    Daha ətraflı
  • IFS standartları

    IFS standartları

    IFS Almaniyanın Pərakəndə Satıcılar Birliyi və Fransanın Satış və Distribusiya Müəssisələri Federasiyasının birgə hazırladığı standartdır. Bu standartın əsas məqsədi məhsulun onun spesifikasına uyğun olaraq istehsalının və çatdırılma imkanlarının qiymətləndirilməsindən ibarətdir.

    Daha ətraflı
  • GFSI standartları

    GFSI standartları

    IFS Almaniyanın Pərakəndə Satıcılar Birliyi və Fransanın Satış və Distribusiya Müəssisələri Federasiyasının birgə hazırladığı standartdır. Bu standartın əsas məqsədi məhsulun onun spesifikasına uyğun olaraq istehsalının və çatdırılma imkanlarının qiymətləndirilməsindən ibarətdir.

    Daha ətraflı
  • SQF standartları

    SQF standartları

    SQF (Təhlükəsiz Keyfiyyətli Qida) Qida Məhsullarının Marketinqi İnstitutu (Food Marketing İnstitute) tərəfindən işlənib hazırlanmış standartdır. SQF standartı 2 hissədən ibarətdir - SQF 1000 (ilkin istehsalçılar üçün) və SQF 2000 ( istehsalçılar və distributorlar)

    Daha ətraflı
  • GMP - Qabaqcıl İstehsal Təcrübəsi

    GMP - Qabaqcıl İstehsal Təcrübəsi

    Qabaqcıl İstehsal Təcrübəsi (Good Manufacturing Practice, GMP) qida, dərman və kosmetika sənayesi daxil olmaqla istehsal olunan məhsulların daxili və xarici mənbədən çirklənməsi risklərinin qarşısını almaq və ya azaltmaq məqsədilə tətbiq edilən qaydalar və standartlar toplusudur. 

    Daha ətraflı
  • Halal standartları

    Halal standartları

    Son zamanlar Halal standartlarına maraq artmaqdadır. Bu da heç də təsadüfi deyildir. Dünyada artan müsəlman nüfuzu şəriət qaydalarına cavab verən məhsulların istehsalında da artıma gətirib çıxarmışdır. Artıq bu bazara məhsullarını çıxarmaq istəyən müəssisələr Halal standartlarını tətbiq etməyə başlamışlar. Bəs HALAL özü nədir?

    Daha ətraflı
  • Koşer standartları

    Koşer standartları

    Bu standartlar yahudi dininə aid şəxslərin istehlak edəcəkləri qida məhsullarının yahudi şəriətinin tələblərinə cavab vermələrini təmin edir. Öz istehsal etdikləri məhsulları yahudilərin yaşadığı ölkələrə ixrac etmək istəyən və ya bu seqmenti öz satış bazarı kimi nəzərdən keçirən müəssisələr bu standartlar üzrə sertifikatlaşdırılması onlara müəyyən üstünlüklər qazandırır.

    Daha ətraflı
  • FSCC 22000 beynəlxalq standartı

    FSCC 22000 beynəlxalq standartı

    FSSC 22000 qida məhsullarının idarəetmə sisteminin sertifikatlaşdırılması üçün nəzərdə tutulan beynəlxalq səviyyədə tanınmış standartdır. FSSC 22000-nin sertifikatlaşdırma sxemi ISO 22000:2005 və ISO/22002-1:2009/PAS 220:2008 satandartlarının tələblərinə əsaslanır.

    Daha ətraflı
  • ISO/IEC 17025:2017 beynəlxalq standartı

    ISO/IEC 17025:2017 beynəlxalq standartı

    Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma tələb edir.

    Daha ətraflı
  • ISO 9001:2015 beynəlxalq standartı

    ISO 9001:2015 beynəlxalq standartı

    ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

    Daha ətraflı
  • ISO/IEC 27001:2013 beynəlxalq standartı

    ISO/IEC 27001:2013 beynəlxalq standartı

    Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma tələb edir.

    Daha ətraflı