MƏSLƏHƏT

Səhiyyə

Müasir dövrdə ölkəmiz və ümumiyyətlə dünyada səhiyyənin rolu get-gedə artmaqdadır. Səhiyyə sektorunu təmsil edən müəssisə və təşkilatlar göstərdikləri xidmətlərin keyfiyyətini və nəticədə bazarda rəqabət qabiliyyətlərini artırmaq məqsədilə beynəlxalq standartların tətbiqinə başlamışlar.

Məhz bu amildən irəli gələrək Assosiasiyamız səhiyyə sektorunu təmsil edən müəssisə və təşkilatlarda bir sıra beynəlxalq standartların tətbiqi ilə bağlı məsləhət xidmətlərini təklif edir.

  • ISO 9001:2015 beynəlxalq standartı

    ISO 9001:2015 beynəlxalq standartı

    ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

    Daha ətraflı
  • ISO 13485:2016 beynəlxalq standartı

    ISO 13485:2016 beynəlxalq standartı

    ISO 13485 tibbi cihazlar istehsal edən təşkilatların keyfiyyəti idarəetmə sistemlərinə xüsusi tələblər müəyyən edən beynəlxalq statuslu standartdır. Bu standart tibbi cihazların istehsalçıları ilə yanaşı, distribyutor, idxalat və ixracatçılar da daxil olmaqla, həmin xidmətləri təmin edən təşkilatların istifadəsi üçün nəzərdə tutulmuşdur.

    Daha ətraflı
  • EN 15224:2017 beynəlxalq standartı

    EN 15224:2017 beynəlxalq standartı

    EN 15224:2017 səhiyyə sahəsi üçün xüsusi olaraq işlənmiş beynəlxalq standartdır. Standartın tələbləri ISO 9001:2015-ə əsaslanır. Standartda səhiyyə xidmətləri üçün on bir keyfiyyət xarakteristikası müəyyənləşdirilib və kliniki risklərin idarə edilməsinin bütün proseslər üçün nəzərdə tutulduğu (planlaşdırma, xidmətin göstərilməsi, keyfiyyətə nəzarət) qeyd olunur.

    Daha ətraflı

Tərəfdaşlar