BRC

BRC Qlobal standartları

BRC Qlobal Standartları - qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması və saxlanması, həmçinin istehlak məhsullarının istehsalı ilə məşğul olan şirkətlərə tələbləri müəyyən edir. Britaniya pərakəndə satış müəssisələrinin konsorsiumu BRC (British Retail Consortium) tərəfindən 1998 -ci ildə qida məhsullarına texniki standart və protokolu BRC-ni hazırlayıb.

BRC Qlobal Standartları HACCP prinsiplərinə əsaslanaraq qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair kompleks tələblər irəli sürür və ilkin istehsal, topdan satış, idxal, paylama və saxlama istisna olunmaqla bütün qida məhsullarının istehsalçıları üçün nəzərdə tutulub.

BRC standartı 6 bölmədən ibarətdir.

1. HACCP sistemi
2. Keyfiyyəti idarəetmə sistemi
3. İş mühitinə dair standartlar
4. Məhsulun idarə edilməsi
5. Proseslərin idarə edilməsi
6. Personal

Birinci bölmə HACCP-ın tətbiqini tələb edir. Standartın tələbləri Codex Alimentariusda müəyyən edilmiş yeddi HACCP prinsipinə bütünlüklə uyğunlaşdırılıb.

İkinci bölmə keyfiyyəti idarəetmə sisteminə aiddir. Bu bölmədə rəhbərliyin məsuliyyəti, daxili auditlər, resursların idarə edilməsi, həmçinin izlənə bilmənin bəzi aspektləri, uyğunsuzluqların idarə edilməsi və s. kimi məslələrə öz əksini tapıb.

Sonrakı dörd bölmədə keyfiyyəti idarəetməyə və qabaqcıl istehsal təcrübəsinə dair tələblər müəyyən edilib.

BRC standartlarına aşağıdakılar daxildir:

  • BRC - Food Safety Standard - Qida Təhlükəsizliyi Standartı;
  • BRC - Consumer Products Standard - İsteklak Malları Standartı;
  • BRC - Storage and Distribution Standard - Məhsulun Anbarlanması və Paylanması Standartı;
  • BRC - Packaging and Packaging Materials Standard - Qablaşdırma və Qablaşdırma Materialları Standartı
  • BRC - Technical Standard for Non– Genetically Modified Food Ingredients and Product - Genetik Modifikaiya Olunmuş məhsullar üçün Texniki Standart.

BRC HACCP prinsipləri əsasında keyfiyyəti idarəetmə sistemlərinə uyğunlaşdırılaraq, ən yaxşı istehsal təcrübəsinin (GMP) tətbiqini tənzimləyir.

BRC standartının tətbiqinin faydaları

  • istehsalın səmərəliliyinin artması;
  • əhəmiyyətli qida risklərinin azalması;
  • iş proseslərinin effektiv idarə edilməsi;
  • təşkilatın qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi;
  • müştərilər tərəfindən müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə və təhlükəsizliyinə olan inam və etibarın artması;
  • ikinci tərəf auditlərinin sayının azalması;
  • təşkilatın daxili və xarici bazarlarda rəqabət gücünün artması.