FSCC 22000

FSCC 22000 standartı

FSSC 22000 qida məhsullarının idarəetmə sisteminin sertifikatlaşdırılması üçün nəzərdə tutulan beynəlxalq səviyyədə tanınmış standartdır.

FSSC 22000-nin sertifikatlaşdırma sxemi ISO 22000:2005 və ISO/22002-1:2009/PAS 220:2008 satandartlarının tələblərinə əsaslanır.

FSSC 22000 4 hissədən ibarətdir və aşağıdakıları özündə ehtiva edir:

  • qida məhsulları istehsal edən təşkilatlara olan tələblər, seritifikatlaşdırma sxemlərinin təsviri;
  • sertifikatlaşdırma orqanlarına olan tələblər;
  • akkreditləşdirmə orqanlarına olan tələblər;
  • tələbləri və sertifikatlaşdırma qaydalarını təsdiq edən Təsisçilər Şurasının reqlamenti.

FSSC 22000-nin sertifikatlaşdırma sxemi aşağıdakı məhsulları istehsal edən müəssisələr üçün nəzərdə tutulub:

  • heyvan mənşəli tez xarab olan məhsullar (ət, quş əti, yumurta, süd məhsulları, balıq məhsulları);
  • bitki mənşəli tez xarab olan məhsullar (qablaşdırılmış təzə meyvələr və təzə sıxılmış meyvə şirələri, konservləşdirilmiş meyvələr, qablaşdırılmış təzə tərəvəz məhsulları, konservləşdirilmiş tərəvəz məhsulları);
  • ətraf mühit temperaturunda uzunmüddətli saxlama üçün nəzərdə tutulan məhsullar (konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, yağ, içməli su, sərinləşdirici içkilər, un, şəkər, duz);
  • qida istehsalı üçün nəzərdə tutulan biokimyəvi məmulatlar (qida inqriyentləri - vitaminlər, qida əlavələri);
  • qida məhsulları üçün nəzərdə tutulan müxtəlif qablaşdırma növləri (ilkin qablaşdırma, ikinci qablaşdırma və s.);
  • heyvanlar üçün nəzərdə tutulan yemlər.

FSSC 22000 standartının tətbiqinin faydaları

  • müştərilərin istehsal olunan məhsula olan etibarının artması;
  • təşkilatın yeni, o cümlədən xarici bazarlara çıxış imkanları genişlənməsi;
  • təşkilatın və məhsulun rəqabət qabiliyyətinin artması;
  • qida təhlükəsizliyi ilə bağlı risklərin azalması;
  • tədarük zəncirinin idarə edilməsinin təkmilləşdirilməsi.