Standartlar

Global G.A.P. - Heyvandarlıq

Heyvanların sağlamlığı

GlobalGap satndartında heyvanların ( quşların, balıqların ) sağlamlığının təmin edilməsi, onların müvafiq qaydada saxlanması, yetişdirilməsi və istifadə edilməsi qaydaları müəyyən edilib. Standartda fermet təsərrüfatlarnın inkişafı, heyvanların saxlanması bəslənməsi şəraiti, xəstəliklərin qarşısının alınması, həmçinin tətbiq olunan profilaktiki və sağlamlaşdırıcı tədbirlərin səmərəliliyini qiymətləndirmək üçün istifadə olunan üsul və vasitələr üzrə tövsiyələr öz əksini tapıb.

Bununla yanaşı standartda heyvanların balanslaşdırılmış rasionla yemlənməsi, zoogigiyena norma və qaydalarına əməl edilən binalarla təmin edilməsi, onlara lazımi qulluq göstərilməsi və bununla bağlı müşahidələrinin aparılması, yemlərin və suyun keyfiyyətinə ciddi nəzarət edilməsi, heyvanların intensiv texnologiya əsasında yetişdirilməsi, heyvanların və quşların xəstəliklərinin profilaktikası məqsədilə onların yerləşdiyi binalarda gigiyena-sanitariya vəziyyətinə nəzarət edilməsi və s. ilə bağlı tələblər var.

Global G.A.P. – Heyvandarlıq standartında aşağıdakı heyvandarlıq sahələrinə dair tələblər müəyyən edir:

  • iribuynuzlu və xırda buynuzlu heyvandarlıq təsərrüfatı
  • südçülük təsərrüfatı
  • buzovun yetişdirilməsi
  • quşçuluq təsərrüfatı

Heyvanlarn daşınması

Global Gap standartında heyvanların ( quşların, balıqların) daşınması ilə bağlı tələblər müəyyən edilib. Bu tələblər standartın 9-cu maddəsində (“Heyvanların Daşınması”) ayrıntıları ilə verilib. Standartda heyvanların ( quşların, balıqların) daşınmasının müəyyən olunmuş qaydalara uyğun , yalnız bunun üçün nəzərdə tutulan sertifikatlaşdırılmış avtomobil nəqliyyatı vasitələri ilə yerinə yetirilməsinə dair tələblər var. Bu standartın tələbləri heyvanları 65 kilometr daha uzaq məsafəyə daşıyan operatorlara (sürücülərə) şamil edilir.