GSO 2055-1:2015 Halal standartı
GSO 2055-1:2015 “Halal məhsullar – Hissə I: Halal qidaya dair ümumi tələblər”
GSO 2055-1:2015 standartı altı ərəb ölkəsini (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) birləşdirən Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının Standartlaşdırma Təşkilatı tərəfindən işlənib hazırlanmışdır.
Bu standartda halal məhsulların hazırlanması, emalı, markalanması, paylanılması, daşınması, saxlanılması, satışı və servis edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində iştirak edən təşkilatlar üçün tələblər müəyyən edilib.

GSO 2055-1:2015 standartına görə sertifikatlaşdırma
Halal sertifikat məhsulun GSO 2055-1:2015 standartına və İslam qaydalarına uyğun olaraq hazırlandığını təsdiq edən sənəddir.
GSO 2055-1:2015 standartına görə sertifikatlaşdırma həm istehsalçılara, həm də istehlakçılara aşağıdakı faydaları təmin edir:
1. İstehsal olunan məhsula istehlakçıların etibarını artırır. GSO 2055-1:2015-ə görə sertifikatlaşdırma məhsullara, qatqı maddələrinə, onların hazırlanma və istifadə üsullarına, təmizlik və sağlamlıq şərtlərinə, tam təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilməsini təmin edir.
2. İxracat və rəqabət qabiliyyətini artırır. GSO 2055-1:2015 sertifikatı müəssisəyə məhsullarını Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman kimi ölkələrin bazarlarına ixrac etmək və özünün istehsal potensialını artırmaq imkanı yaradır. Bu sertifikat həmçinin istehsalçının və məhsulun qlobal səviyyədə tanınmasına imkan verir.
3. İstehsalçının beynəlxalq qida sərgilərində iştirak etmə imkanlarını artırır.
4. HACCP, ISO, eləcə də digər keyfiyyət və təhlükəsizlik standartlarına inteqrasiya olunmanı asanlaşdırır.