IFS

IFS standartları

IFS Almaniyanın Pərakəndə Satıcılar Birliyi və Fransanın Satış və Distribusiya Müəssisələri Federasiyasının birgə hazırladığı standartdır. Bu standartın əsas məqsədi məhsulun onun spesifikasına uyğun olaraq istehsalının və çatdırılma imkanlarının qiymətləndirilməsindən ibarətdir. Hal-hazırda IFS standartları təchizat zəncirinin bütün halqalarında iştirak edən maraqlı tərəflər üçün hazırlanmış 8 standartdan ibarətdir.

Bu standartlar qida və / və ya məhsulun təhlükəsizliyi ilə bağlı hüquqi müddəaların tətbiqi zamanı istifadəçilərə kömək etmək məqsədilə ərzaq təhlükəsizliyi və keyfiyyəti ilə bağlı vahid prinsipləri özündə əks etdirən standartlardır.

IFS sertifikatı şirkətin qida və/və ya məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün prosesləri tələblərə uyğun şəkildə qurduğunu və müştəri spesifikasiyalarını nəzərdən keçirib tətbiq etdiyini göstərir.

IFS standartının tələbləri 5 istiqaməti əhatə edir.

1. Keyfiyyəti idarəetmə sistemi (HACCP sistemi, keyfiyyət üzrə təlimat və s.);
2. Rəhbərliyin məsuliyyəti (keyfiyyəti idarəetmə sisteminin yoxlanılması, istehsal və s.);
3. Resursların idarə edilməsi (insan resursları, gigiyena və s.);
4. İstehsal prosesləri (məhsulun işlənilməsi, istehsal avadanlıqları, izlənə bilmə və s.);
5. Ölçmə, təhlil, yaxşılaşdırma (yoxlama və nəzarət vasitələri, məhsulun geri çağırılması və s.).

İlk iki istiqamət bilavasitə HACCP və keyfiyyətə təminat məsələlərinə aiddir. HACCP sisteminin tətbiqi məcburi xarakter daşıyır. Bu zaman əsas sənəd olaraq HACCP prinsipləri üzrə Codex Alimentariusa istinad edilir.

Sonrakı üç istiqamət keyfiyyəti idarəetmə və qabaqcıl istehsal təcrübəsinə aiddir.

Almaniya Pərakəndə Satıcılar Birliyi və Fransa Satış və Distribusiya Müəssisələri ilə əməkdaşlıq etmək və biznes əlaqələri qurmaq istəyən təşkilatlar IFS standartları üzrə sertifikatlaşdırılmalıdır.

Sertifikatlaşdırma üçün 3 səviyyə nəzərdə tutulub. IFS aşağıdakı standartları üzrə sertifikatlaşdırılır.

IFS üzrə sertifikatlaşdırma aşağıdakı standartlara görə həyata keçirilə bilər.

  • IFS Food (Qida məhsulu)
  • IFS Cash & Carry / Wholesale (Topdansatış ticarəti)
  • IFS HPC (Gündəlik tələbat malları və şəxsi gigiyena)
  • IFS Logistics (Logistika)
  • IFS Broker (Broker)

IFS standartının tətbiqinin faydaları

  • müştərilərin məmnunluğu və ən əsası təkrar alışların artması;
  • müştəri şikayətlərinin azalması;
  • tərəfdaş və investorlarla əlaqələrin genişlənməsi və qarşılıqlı inamın formalaşması;
  • müəssisənin nüfuzunun artması;
  • ixrac potensialının və xarici bazarlara çıxış imkanının artması.