ISO 45001:2018. "Sağlamlığın qorunması və əməyin təhlükəsizliyini idarəetmə sistemləri – Tələblərlə birlikdə istifadə üzrə rəhbərlik" beynəlxalq standartı
Dünyada hər gün iş qəzalarından və ya peşə xəstəliklərindən minlərlə insan vəfat edir, on minlərlə insan şikəst olur. Həm işəgötürənlər, həm də bütövlükdə iqtisadiyyat üçün peşə yaralanmaları və xəstəliklər ciddi problemlər yaradır ki, bu da erkən pensiyaya çıxma, və sığorta haqlarının yüksəldilməsinə gətirib çıxaran itkilərə səbəb olur.
Bu problemlərin həllinə kömək etmək, işçilərin təhlükəsizliyini yaxşılaşdırmaq, iş yerlərindəki riskləri azaltmaq və təhlükəsiz iş şəraiti yaratmaq məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 45001 standartı işlənib. ISO 45001:2018 “Sağlamlığın qorunması və əməyin təhlükəsizliyini idarəetmə sistemləri – Tətbiq üzrə tələblər və rəhbərlik”standartı əvvəlki OHSAS 18001 standartının bazası əsasında hazırlanıb və onun işlənilməsi zamanı Beynəlxalq Əmək Təşkilatının standartlarının və müxtəlif milli standartların tələbləri nəzərə alınıb.
ISO 45001:2018 təşkilatlarda təhlükəsizliyin təmin edilməsi, iş yerlərində risklərin azaldılması üçün bir çərçivə müəyyən edir, eyni zamanda işçilərin perormanslarının artırılmasına imkan yaradır.
ISO 45001:2018 standartı tərkib baxımından demək olar ki, tamamilə BS OHSAS 18001: 2007-ni təkrarlayır. Lakin bununla yanaşı ISO 45001 standartını OHSAS 18001-dən fərqləndirən cəhətlər vardır.
ISO 45001:2018 standartı digər standartlarla inteqrasiya oluna, həmçinin bütün istehsal və xidmət sahələrində tətbiq edilə bilər.
ISO 45001standartı nə üçün lazımdır?
ISO 45001:2018 standartı təşkilatın fəaliyyətini qanunverici və normativ tələblərə uyğunlaşdırmaq, sağlamlığın qorunması və əməyin təhlükəsizliyi ilə bağlı edən sistemli yanaşmaya nail olmaq, iş yerlərində qəza hallarının qarşısını almaq, riskləri minimuma endirmək, enerji və resurslara qənaət etmək, bununla bağlı xərclər azalmaq üçün lazımdır.
ISO 45001:2018 standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?
ISO 45001:2018 standartının tətbiqi:
- iş yerində qəza hallarının sayının azalması;
- peşə yaralanmaları və xəstəliklərlə bağlı sığorta ödəmələrinin azalması;
- enerji və resurslara qənaət olunması, bununla bağlı xərclərin azalması;
- boş dayanma hallarının sayının azalması;
- təşkilatın fəaliyyətinin qanunverici və normativ tələblərə uyğunlaşdırmaq imkanının yaranması;
- resurslardan daha effektiv istifadə nəticəsində təşkilatın gəlirlərinin artması.
- müştərilər və sifarişçilər tərəfindən təşkilata olan inam və etibarın artması;xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

ISO 45001:2018 standartının tələblərinə uyğun olaraq keyfiyyəti idarəetmə sisteminin işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti
Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO 45001:2018 standartına uyğun idarəetmə sisteminin işlənilməsi, tətbiqi, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.
Biz göstərdiyimiz məsləhət xidmətlərini Azərbaycan dilinə tərcümə edərək hazırladığımız ISO 45001:2018 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk
Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.
Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.
Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:
Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. ISO 45001 standartının tələblərinə uyğun olaraq SQƏTİS-ın tətbiqi üzrə fəaliyyət planının işlənilməsi.
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO 45001:2018 üzrə təlimin keçirilməsi
Mərhələ 3. ISO 45001:2018 -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və bununla bağlı metodiki köməyin göstərilməsi.
Mərhələ 4. Daxili auditorlara ISO 45001 və ISO 19011 üzrə təlimlərin keçirilməsi.
Mərhələ 5. Təşkilatda ISO 45001:2018 -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi.
Mərhələ 6. İdarəetmə sisteminin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.
ISO 45001:2018 standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər
1. SQƏTİS-ın tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. SQƏTİS-ın tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. SQƏTİS-ın tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq SQƏTİS-ın sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və SQƏTİS-ın tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.