MƏSLƏHƏT

ISO 50001:2018. “Enerji idarəetmə sistemləri. Tələblərlə birlikdə istifadə üzrə rəhbərlik” beynəlxalq standartı

Enerji resurslarından səmərəli istifadə - texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnoqen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə olunmasını nəzərdə tutur. Müəssisə və təşkilatların enerji resurslarından istifadəsini yaxşılaşdırmaq məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 242 saylı Texniki Komitəsi tərəfindən ISO 50001:2018 “Enerji idarəetmə sistemləri. Tələblərlə birlikdə istifadə üzrə rəhbərlik” adlı standart işlənib hazırlanıb.

Bu standart enerji effektivliyi, enerji təhlükəsizliyi və enerji istehlakı da daxil olmaqla, enerji sisteminin yaxşılaşdırmasına nail olnmasında təşkilata kömək edən enerji idarəetmə sisteminin işlənilməsi, tətbiqi və davamlı yaxşılaşdırılması üçün tələblər müəyyən edən standartdır.

ISO 50001:2018 standartına uyğun enerjini idarəetmə sistemi nə üçün lazımdır?

ISO 50001:2018 enerjini idarəetmənin yeni qlobal standartı olaraq müəssisə və təşkilatlarda enerjidən daha effektiv istifadə edilməsi üçün siyasətin işlənib hazırlanması, bu siyasətin həyata keçirilməsi, enerjinin istehlakı ilə bağlı qərarların qəbulu zamanı mövcud məlumatlardan daha rasional istifadə edilməsi, nəticələrin ölçülməsi, siyasətin səmərəliliyinin qiymətləndirilmə-si,enerjinin idarə edilməsi sisteminin davalı yaxşılaşdırılmasına nail olmaq üçün lazımdır.

ISO 50001:2018 standartına uyğun enerjini idarəetmə sisteminin tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

ISO 50001:2018 standartına uyğun enerjini idarəetmə sisteminin tətbiqi:

  • ererji resurslarının sistemli şəkildə idarə edilməsinin nəticəsi olaraq enerjiyə çəkilən xərclərin azalması;
  • atmosferə atılan istixana qazlarının miqdarının azalması;
  • standartın idarəetməyə dair digər standartlarla inteqrasiya olunma imkanının yaranması;
  • təşkilatın enerji effektivliyinin yüksəlməsi;
  • ətraf mühitə olan mənfi təsirin qarşısının alınması və ya onun azaldılması hesabına təşkilatın nüfuzunun artması kimi fayda və üstünlükləri təmin edir.

ISO 50001:2018 standartına uyğun enerjini idarəetmə sistemi işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO 50001:2018 uyğun enerjini idarəetmə sisteminin işlənilməsi, tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini Azərbaycan dilinə tərcümə edərək hazırladığımız ISO 50001:2018 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. ISO 50001:2018 standartının tələblərinə uyğun olaraq EİS-in tətbiqi üzrə fəaliyyət planının işlənilməsi.
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO 50001:2018 üzrə təlimin keçirilməsi
Mərhələ 3. ISO 50001:2018-in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və EİS proseslərinin təsviri ilə bağlı metodiki köməyin göstərilməsi.
Mərhələ 4. Daxili auditorlara ISO 50001 və ISO 19011 üzrə təlimlərin keçirilməsi.
Mərhələ 5. Təşkilatda ISO 50001:2018-in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi.
Mərhələ 6. EİS-in təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

ISO 50001:2018 standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. EİS-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. EİS -in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. EİS -in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq EİS sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və EİS -in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar